Rafael Çərkəz oğlu İsgəndərov () — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti.
Həyatı Rafael İsgəndərov 23 aprel 1972-ci ildə Bakı şəhərində anadan olub. Ailəsi əslən Bərdəlidir 1979-cu ildə Bakıda 201 saylı orta məktəbin 1-ci sinfinə gedib. Məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. Orada Gülşad Baxşıyeva, Şəfiqə Məmmədova, Şahmar Ələkbərov və Fuad Poladov kimi aktyorlardan dərs alıb. 3-cü kursda ikən Hüseynağa Atakişiyevin yaratdığı Gənclər Teatrına aktyor kimi işə götürülüb.
Geniş tamaşaçı kütləsinə daha çox "Bu şəhərdə" layihəsindən tanışdır.
Filmoqrafiya Bala-başa bəla! (film, 1995) Yaşıl eynəkli adam-2 (film, 1999) Gəl qohum olaq (film, 2001) Nekroloq (film, 2001) Gəlinlər (film, 2002) Bir anın həqiqəti (film, 2003) Məhəllə (film, 2003) Tam məxfi (film, 2004) Məhəllə 2 Moskvada (film, 2004) Bomba (film, 2005) QAZ (film, 2005) Məşədi İbad-94 (film, 2005) Hərənin öz payı+tayı (film, 2006) "Moskva-Bakı" qatarı (film,2007) Ci-Mİ (film,2008) Halal Pullar (film, 2008) Şabaş (film, 2020)
Həmçinin bax Coşqun Rəhimov
İstinadlar
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanlı aktyorlar Kateqoriya:Hacılar Kateqoriya:Bu Şəhərdə Kateqoriya:Maşın Şounun qalibləri Kateqoriya:Azərbaycan komediyaçıları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları