Eldar Balağa oğlu Axundov () — Azərbaycan müğənnisi (lirik-dramatik tenor), Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solisti, Azərbaycan Respublikasının xalq artisti (2006).

Həyatı Eldar Axundov 15 mart 1949-cu ildə Lənkəranda anadan olub. Səhnə fəaliyyətinə Azərbaycan Dövlət Mahnı Teatrında başlayıb və 1971–1973-cü illərdə buranın solisti olub. O, 1974-cü ildə Azərbaycan Estrada-Simfonik Orkestrinin, 1996-cı ildən isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əlahiddə Nümunəvi orkestrinin solisti olub. Repertuarında əsas yeri Azərbaycan bəstəkarlarının mahnıları tutub.

Eldar Axundov 17 sentyabr 2014-cü ildə Bakı şəhərində vəfat etmişdir.

Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 25 iyun 2003 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 22 iyun 2006

Filmoqrafiya Əzablı yollar (film, 1982)

İstinadlar

Xarici keçidlər Oxuduğu mahnılar Eldar Axundov — Axı sənsiz necə dözüm . Musiqi: Eldar Mansurov, sözləri: Piruz Dilənçi Eldar Axundov — Mən tələsmirəm. Musiqi: Emin Sabitoğlu, sözləri: Səməd Vurğun Akif İslamzadə, Eldar Axundov, Mirzə Babayev — "Əzablı yollarla" filmindən qardaşların mahnısı. Musiqi: Tofiq Quliyev, sözləri: Ramiz Rövşən Eldar Axundov — Çevik polis alayı. Musiqi: Oqtay Kazımi Eldar Axundov — Ey vəfasız. Musiqi: Oqtay Kazımi Eldar Axundov — Hər "Vətən" deyəndə mən. Musiqi: Oqtay Kazımi Eldar Axundov — Günəşli ömrüm. Musiqi: Oqtay Kazımi

Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Bakıda vəfat edənlər