, () — ayaq daraqarxası sümüklərinin ən böyüyü olub ayağın dal və alt hissəsində boylama istiqamətdə yerləşmişdir. Bunun geriyə çıxan hissəsinə daban qabarı — deyilir. Daban sümüyünün üstündə aşıq sümüyü ilə birləşməyə məxsus üç oynaq səthi vardır: ön oynaq aşıq səthi — ən kiçiyidir; orta oynaq aşıq səthi — əvvəlincidən bir az böyük olub aşıq sümüyü dayağı — adlanan və içəri doğru çıxmış çıxıntı üzərində yerləşmişdir. Bu çıxıntının altında baş barmağı bükən uzun əzələnin vətərinə məxsus şırım — vardır. Arxa oynaq aşıq səthi — ən böyüyü olub iki əvvəlincidən daban şırımı — vasitəsilə ayrılır. Bu şırım aşıq sümüyündə olan ilə bir cib — əmələ gətirir. Daban sümüyünün qabarı — iki hissəyə bölünür: bayır və içəri çıxıntı — . Daban sümüyünün önündə olan oynaq səth — kubabənzər sümük ilə calanır və arxasındakı qabar aşıq vətərinin bağlanmasına məxsusdur. Daban sümüyünün bayır səthində blokabənzər çıxıntı — vardır; bu çıxıntının ön və arxasında qısa və uzun incik əzələləri vətərlərinə məxsus şırımlar keçir.
Həmçinin bax Sever xəstəliyi
İstinadlar
Kateqoriya:Aşağı ətraf sümükləri Kateqoriya:İnsan skeleti