Urfaust — 2003-cü ildə Şimali Brabantda qurulmuş Hollandiyalı atmospheric black metal/ambient qrupu. Qrup adını Götenin "Urfaust" adlı əsərindən götürmüşdür. İlk əvvəllər IX ləqəbli (Willem) musiqiçi tərəfindən ambient proyekti olaraq başlamışdır. IX bu formada 2004-cü ilin əvvəllərində layihənin ilk demosu Urvaterlicher Sageni çıxarmışdır. Daha sonra bu layihəyə The Devil's Blood qrupunda aktiv qonaq sənətçi olan VRDRBR ləqəbli baterist qatılmışdır, beləcə bu layihə bir metal musiqi qrupuna çevrilmişdir. Qrup, GoatowaRex adlı rekord şirkətinin də köməyi ilə 1 may 2004-cü ildə Geist ist Teufel albomuyla çıxış etmişdir. Bunu 2005-ci ildə Verräterischer, Nichtswürdiger Geist albomu izləmişdir. Qrup sonrakı 5 ildə müxtəlif Ep və Split'lər çıxarmışdır. Urfaust çıxardığı ikinci split'dən indiyə qədər Nagelfar qrupunun keçmiş bas gitaraçısı Sven Dinninghoff'un rekord şirkəti Ván Records ilə kontratlıdır. Əsas mövzu olaraq nihilizm, ölüm, okkultizm və ritualları seçir.
Üzvlər IX – vokal, gitara (2003–hazırda) VRDRBR – baraban (2004–hazırda)
Diskoqrafiya AlbomTipİlUrvaterlicher SagenDemo 2004Geist ist TeufelFull Lentgh 2004Verräterischer, Nichtswürdiger GeistFull-length 2005Auerauege Raa VerduisteringSplit 2006Urfaust / The Ruins of BeverastSplit 2007Drei Rituale Jenseits des KosmosEp 2008Urfaust / JoylessSplit 2009EinsiedlerEP 2009Der freiwillige BettlerFull-length 2010Celestial Bloodshed / UrfaustSplit 2011Ritual Music for the True ClochardSeçilmiş 2012
Xarici keçidlər last.fm səhifəsi Myspace səhifəsi Encyclopaedia Metallum səhifəsi
Kateqoriya:Metal musiqi qrupları Kateqoriya:Niderland musiqi qrupları Kateqoriya:2003-cü ildə yaranan musiqi qrupları