Nağaraxana (əvvəlki adları: Maryevka; Kirovka) — Azərbaycan Respublikasının Şamaxı rayonunun Nağaraxana kənd inzibati ərazi dairəsində kənd. Kənd Nağaraxana bələdiyyəsinə aiddir.
Toponimikası Coğrafiyası Nağaraxana kəndi Çuxuryurd kəndinin qonşuluğunda, rayon mərkəzi — Şamaxı şəhərindən təxminən 15 kilometr şimalda, Şamaxı–Dəmirçi avtomobil yolu kənarında, Nağaraxana adlı yaylanın cənub–qərb yamacında, orta dağlıq qurşağında yerləşir.
Tarixi Kənd qurulanda ilkin adı Maryevka olmuşdur. Kəndin əsasının 1830–1850-ci illər arası, Rusiyanın daxili əyalətlərindən əraziyə köçürülmüş malakan ailələrinin Nağaraxana adlı yerdə qoymuş olduğu düşünülür.А.Н. Ямсков, Адаптация “сектантов” – переселенцев-старожилов в Азербайджане в 19 в. https://azerhistory.com/?p=29513
Sovet dönəmində kəndin adı S.M.Kirovun şərəfinə Kirovka olaraq dəyişdirilmişdir, burada böyük kolxoz təsərrüfatı inkişaf etmiş və maldarlıq geniş yayılmışdır. Sovet İttifaqı dağılan zaman bir çox malakan ailəsi evlərini sataraq kənddən Rusiyaya köçmüş, kənd əhalisinin çox hissəsini isə Ermənistan SSR-dən köçmüş köçkünlər təşkil etmişdir.
5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Şamaxı rayonunun Kirovka kənd inzibati ərazi vahidi tərkibindəki Kirovka kəndi Nağaraxana kəndi, Kirovka kənd inzibati ərazi vahidi Nağaraxana kənd inzibati ərazi vahidi adlandırılmışdır.
Günümüzdə Nağaraxana kəndi Pirqulu istirahət bölgəsinin ən məşhur turizm məkanıdır.
Əhalisi 1980-cı ildə kəndin əhalisi 1139 nəfər təşkil edirdi. 1999-cu ildə Nağaraxana inzibati ərazi vahidinin əhalisi 1027 nəfər təşkil edirdi ki, onun da 511 nəfəri kişi və 516 nəfəri isə qadınlar idi. 2009-cu ildə Nağaraxana kənd inzibati ərazi dairəsinin əhalisi 727 nəfər idi ki, onun da 383 nəfəri kişi, 344 nəfəri isə qadınlar təşkil edirdi.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şamaxı rayonunun kəndləri