Rüfət Şabanov () — Azərbaycan kinorejissoru.
Həyatı Rüfət Şabanov 22 iyun 1922-ci ildə Bakıda anadan olmuşdur.Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011. 1945–1951-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1951–1957-ci illərdə Rus Dram Teatrında işləyib. 1957–1967-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında işləyib. Onun çəkdiyi "Xidmət lifti" filmiАзербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Tbilisidə keçirilən kino festivalında ən yaxşı rejissor işinə görə priz və diploma layiq görülüb. 1967–1977-ci illərdə "Azərbaycantelefilm"in baş rejissoru olmuşdur.
Rejissor Fuad Şabanovun atasıdır. Aktrisa Elmira Şabanovanın həyat yoldaşıdır.
Filmoqrafiya Azərbaycanda sovet ədəbiyyatı günləri (film, 1975) Bakı (film, 1977) Bizim küçə (film, 1961) Dağıstan konserti (film, 1964) Dostluq himni (film, 1974) Əsl dost (film, 1959) Gəmi saatının sirri (film, 1983) Qaraca qız (film, 1966)(film, kinoalmanax) Matteo Falkone (film, 1960) Nizami Gəncəvi (film, 1980) On yeddi yaşlı oğlan (film, 1985) Romeo mənim qonşumdur (film, 1963) Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (film, 1970) Şuşa (film, 1973) Şüvəlan gülləri (film, 1981) Talış meşələri (film, 1976) Uzaq sahillərdə (film, 1958)
İstinadlar
Mənbə Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:İkinci rejissorlar