Həsən — ərəb dilində "gözəl, xoş" mənalarını ifadə edən sifət. İstilahi mənası barədə müxtəlif fikirlər var.

Həsən hədis ədalət şərtini daşımaqla bərabər zəbt baxımından səhih hədis ravilərindən aşağı dərəcədə olan ravilərin müttəsil sənədlə rəvayət etdikləri, o cümlədən şazz və illətdən uzaq hədisdir.İbn Həcər, "Nuxbətul-Fikr", səh. 24

Həsən hədis qüvvət baxımından səhih hədisdən aşağı olsa da, dəlil olma və əməl etmə baxımından eynilə səhih hədis kimidir.

Həsən terminini hədis elminə ilk dəfə Tirmizi gətirmişdir.

İstinadlar

Həmçinin bax

Hədis

Xarici keçidlər

Hədis elmi. hadis.313news.net Dini terminlər lüğəti. burhani.info

Kateqoriya:Hədis elmi