Krampak () — İspan filmi. Xordi Sançesin pyesası əsasında, rejissor Sesk Qayın filmi. 2009-cu ildə ekranizasiya olmuşdur. Film Niko və Dani adlı iki yeniyetmə oğlanın böyüməsi tarixçəsi haqqındadır.
Məzmun Niko onun ən yaxın dostu Dani ilə birlikdə yay tətillərini keçirmək üçün İspaniyanın cənubuna qəlir. 17 yaşında oğlanlar bütün günlərini çimərlikdə, barda, saysız-hesabsız seks haqqında söhbətləri ilə keçirirlər. Niko yerli gözəl qız Yelena ilə əlaqə qurmağa çalışır. Onun dostu Dani isə, deyəsən, qızlarla maraqlanmır. Dani anlayır ki, o Nikoya vurulub. Amma o narahatdır ki, dostu ona qarşılıqlı sevgi hissləri oyatmır. Depressiv halda şəhərdə gəzərkən, Dani təsadüfən ərəfədə tanış olduğu kişi ilə görüşür. Nahardan və yelkənli gəmi ilə gəzintidən sonra Dani ona sekslə məşğul olmağı təklif edir. Amma sonradan bundan vaz keçərək qaçıb Nikonun yanına gəlir. Tətillər sona çatır və Niko öz evinə, Barselonaya gedir...
Rollarda Fernando Ramallo — Dani Xordi Vilçes — Niko Marieta Orosko — Yelena Ester Naibola — Berta
Mükafatlar və namizədlər 2000 — Kann kinofestivalı 2000 — Çikaqo kinofestivalı FİPRESSİ mükafatı 2000 — Stokholm kinofestivalı 2001 — «Qoya» Əsas kişi rolu üçün verilmiş nominasiya (Xordi Vilçes) Ən yaxşı rejissor işinə görə nominasiya Ən yaxşı adaptasiya edilmiş ssenari üzrə nominasiya
Maraqlı faktlar «krampak» sözü ispaniyalı homoseksuallar arasında birqə masturbasiyaya deyilir. amerika ekranlarında film neytral ad ilə Niko və Dani adı ilə çıxmışdı.
Kateqoriya:İspaniya filmləri Kateqoriya:2000-ci ilin filmləri Kateqoriya:Homoseksual filmlər Kateqoriya:LGBT mövzulu İspaniya filmləri Kateqoriya:2000-ci illərin LGBT filmləri Kateqoriya:Gey filmləri Kateqoriya:Pyeslərə əsaslanan filmlər Kateqoriya:İspanca filmlər Kateqoriya:İspaniyanın dram filmləri