Tübingen Universiteti, rəsmi adı Eberhard və Karl Universiteti () — Almaniyanın Baden-Vürtemberq torpağındakı Tübingen şəhərində yerləşən ali təhsil müəssisəsi.

Tarixi Universitetinin əsası 1477-ci ildə Vyurtemberq qrafı V Eberhard tərəfindən qoyulmuşdur.Tübingen universiteti . banker.az, 10.09.2014

Fəaliyyət göstərdiyi ilk 10 il ərzində burada Martin Lüterin dostu, məşhur alman humanist Filip Melanhton, həmçinin Yohan Reuxlin, Qabriel Biel və Heinrix Bebel kimi məşhur alimlər tədris fəaliyyəti ilə məşğul olmuşlar.

1977-ci ildə universitet özünün 500 illik yubileyini qeyd etmişdir.

İdarəçilik Nizamnaməyə əsasən, 1831-ci ildən buranı Universitet Senatı tərəfindən seçilmiş rektor idarə edir.

Fakültələri Universitetin əsas fakültələri tibb və ictimai elmlərdir.

Xarici əlaqələri Universitet beynəlxalq tələbə və müəllim mübadiləsi proqramlarında fəallıq göstərir və dünyanın 35 ölkəsinin 120 universiteti ilə mübadilə həyata keçirilir.

2010-cu ilin mayından Tübingen Universiteti Dartmut Kolleci (ABŞ), Darem (Böyük Britaniya), Kuins (Kanada), Otaqo (Yeni Zellandiya), Qərbi Avstraliya (Avstraliya) və Uppsala (İsveç) universitetləri ilə birgə əməkdaşlıq çərçivəsində Matariki Universitetləri Şəbəkəsinə qoşulub.Our Members . matarikinetwork.org

Mənbə History of the University

İstinadlar

Kateqoriya:1477-ci ildə yarananlar Kateqoriya:Almaniya universitetləri