Ramiz Həmid oğlu Əbdülrəhimov () — görkəmli Azərbaycan memarı, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının, Rusiya Beynəlxalq Memarlıq və İnşaat Akademiyasının Akademiki, Avropa Memar-Akustiklər və Beynəlxalq Ekologiya Akademiyasının akademiki, memarlıq doktoru, professor, Azərbaycan əməkdar ali məktəb işçisi, Azərbaycan Dövlət Mükafatı laureatı və Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsüdür.

Həyatı Ramiz Əbdülrəhimov 29 iyun 1940-cı il Bakı şəhərində anadan olub. 1964-cü ildə Azərbavcan Politexnik İnstitutunun inşaat fakültəsinin memarlıq ixtisasını bitirib. 1971-ci ildə texnika elmlər namizədi, 1996-cı ildə isə memarlıq doktoru dissertasiyalarını müdafiə edib. 1977-ci ildə dosent, 1985-ci ildə professor elmi adını alıb.

Ramiz Əbdülrəhimov pedaqoq, layihəçi memar, elmi tədqiqatçıdır. Elmi tədqiqatları memarlıq fizikası, salonların akustikası, konstruksiyaların səs izolasiyası, səs-küy ilə mübarizə və mühitin ekologiyasıdır. Eyni zamanda memarlıq tarixi və abidələrin bərpa problemi ilə çalışır Onun həyat və yaradıcılığı ilə bağlı memarlıq doktoru, professor, AMEA-nın müxbir üzvü Cəfər Qiyasinin 2010-cu ildə hazırladığı "Memar Ramiz Əbdülrəhimov" adlı kitabının redaktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova onun haqqında bildirib: "Ramiz Əbdülrəhimov hələ sovet dövründən yaxşı tanınmışdır. O bu gün də memarlıq və inşaatın inkişafına töhfələr verir. Memarlıq üzrə elmi seminarın rəhbəri kimi gənc alimlərin formalaşmasında böyük zəhmət çəkir. O təcrübəli memar, gözəl alim və müəllim-professor kimi memarlıq fakültəsində çalışaraq memarlıq təhsilini müasir standartlar səviyyəsinə qaldırılması üçün aparılan reformlarda fəal iştirak edir.". Həmin kitabda AMEA-nın həqiqi üzvü, ŞÖBMA-nın prezidenti, professor Şamil Fətullayev-Fiqarov Ramiz Əbdülrəhimov haqqında yazmışdır "Ramiz Əbdülrəhimov şəxsiyyətdir! Onun maraq dairəsini və çoxtərəfli istedadını qeyd etməklə, mükəmməl müəllim, gözəl natiq və bakılılara xas olan dünyagörüşünə malik olan bir vətəndaş olmasını göstərmək lazımdır. Onun insani xüsusiyyətləri prinsipiallığında və qayğıkeşliyində özünü büruzə verməkdədir. Bir memar kimi o özünü Türkiyədə, Kiprdə, Rusiyyada, Almaniyada və digər ölkələrdə göstərmişdir" .

Memarın 70-ə yaxın layihəsi həyata keçirilib. Ramiz Əbdülrəhimovun böyük məhəbbətlə tərtib etdiyi və həyata keçməsini gözlədiyi layihələrindən biri də Türkdilli Dövlətlər Birliyi Mərkəzinin yerləşəcəyi kompleksin layihəsidir.

Fəxri adları və üzvü olduğu memarlıq akademiyaları 1976 – Azərbaycan Memarlar İttifaqının üzvü (Əvvəl rəyasət heyətinin üzvü olmuş, indi isə idarə heyətinin üzvüdür) 1986 – "Azərbaycan SSR əməkdar ali məktəb işçisi" fəxri adı 1991 – 1990-cı il üzrə Azərbaycan SSR Dövlət mükafatı 1992 – Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının akademiki 1994 – Türkiyə memarlar və akustiklar cəmiyyətinin üzvü 1999 – Avropa Akustiklər Cəmiyyətinin üzvü (European Acoustics Assosiation, EAA) 2003 – Beynəlxalq Ekologiya Akademiyasının Akademiki 2010 – Rusiya Beynəlxalq Memarlıq və İnşaat Akademiyasının Akademiki 2016 – Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü 2021 – 3-cü dərəcəli "Əmək" ordeni

İş fəaliyyəti və tutduğu vəzifələr Azərbaycan "Kəndlayihə" institutu, memar (1962–1965) Azərbaycan Politexnik institutu assistent (1965–1967) Moskva İnşaat Fizikasi vo Memarhq Akademiyası, aspirant (1967–1971) Azərbaycan Politexııik iııstitutıı assistent, baş müəllim, dosent (1971–1975) Berlin və Drezdendə elmi tədqiqatçı (1975–1977) Azərbaycan İnşaat Universiteti, professor (1985 ildən başlayaraq) Azərbaycan İnşaat Mühəndisləri İnstitutu memarlıq fakültəsinin dekanı (1979–1993) İstanbul Texnikı Universitetinin professoru (1993–1996) Qaradəniz Texniki Universitetinın professoru (1996–2008) Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru (2008 ildən bu günə qədər)

Mühüm memarlıq layihələri Şəhərsalma və Baş planlar 1963 – Lənkəran rayonu Lenin adına qəsəbənin baş planı 1963 – Ağdaş rayonu Xaldan qəsəbənin baş planı 1964 – Əli Bayramlı şəhərinin baş planın eskiz layihəsi (diplom işi, Ümumittifaq tələbə diplom işləri baxışında xüsusi diploma layiq görülmüşdür) 1964 – Sabirabad rayonu 6 saylı savxozun istehsalat bölümünün vəziyyət planı 1965 – Xaçmaz rayonu "Komsomol" sovxozunun baş planı 1965 – Salyan rayonu 5 saylı sovxozun istehsalat bölümünün vəziyyət planı 1981 – Bakı şəhərinin Montin qəsəsbəsinin baş planında səs-küyün azaldılma yolları 1982 – Bakı şəhərinin Günəşli yaşayış massivinin baş planında səs-küyün azaldılma yolları 2001 – Trabzon şəhəri Qara dəniz Texniki Universitetinin dənizkənarı parkının baş planı Digər layihələr Bakı Dövlət Sirkin yenidən qurulması (1970) Alma-Ata şəhərindo 790 nəfərlık konsert salonu (1970) Ü. Hacıbəyov adına Azərbaycan Milli Konservatoriyasının Opera Studiyası (1975) Sumqayıt şəhərində 2 saylı musiqi məktəbin 300 nəfərlik tamaşa salonu (1976) Bakıda Gülüstan kompleksinin memarı akustikası (1978) Daşkənd şəhərində "Aktyor evi"nin salonu (1980) Azərbaycan Opera və Balet teatr binasının bərpa və yenidən qurulması (1991-ci ildə Azərbaycan Dövlət mükəfatına layiq görülmüşdür) Vitebsk şəhərində 800 nəfərlık Dram teatrı (1986) Ufa şəhərində Opera və Balet teatrımn bərpa və yenidən qurulması (1985) Qroznı şəhərində 790 nəfərlik Dram teatrı (1990) Adlerdə "Yuqbank" Pyatiqorskda "Kuzbasprombank" və Novorossiyskda bank binaları (1994) İstanbulda "Lütfi Kırdar kongres mərkəzi" binasının restovrasivası (1996) (Ümumilli liderimiz Heydər Əliyevə 2001-ci ildə "İlin ən görkəmli şəxsiyyəti mükafatı" bu binada təqdim edilmişdir) Trabzonda Türkiyə Futbol Fedirasiya binasının konfrans salonu (2001) Trabzonda Gürcüstan Başkonsulluq binası (2002) Trabzonda Gülbalıar Xatun Liseyinin 450 nəfərlik çox məqsədli salonu (2004) Trabzonda Sağlıq mərkəzi binası Trabzonda 400 yerlik otel Girnədə (Şimali Kipr Türk Respublikası) Amerikan Universitetinin Konfrans salonu (2005) Qaradəniz Texniki Universitetinin Osman Turan Beynəlxalq Konfranslar Mərkəzi (2006) Bakıda "ÜNS" teatrının salonunun layihəsi (2006) İstanbulda Bolluca, Selim Paşa və Kırac Mədəniyyət mərkəzlərinin salonları (2006) Trabzonda Polis məktəbinin əsas binası və konfrans salonu. (2006) Bakıda "Yaşıl Teatr" açıq teatr binasınm yenidən qurulması (2007) Bakıda sahil parkında "Bahar" kinoteatr binasmın layihəsi (2008) . Azərbaycan Milli Akademik Dram teatrınm bərpa və yenidən qurulması (2010) Gəncədə Filarmoniya binasının layihəsi (2012) Şəkidə Sabit Rəhman adına Dram teatrının yenidən qurulması (2012) Sabirabatda Mədəniyyət evinin yenidən qurulması (2013) Bakı şəhərində Şuşa Dövlət Musiqili-dram teatr salonunun yenidən qurma layihəsi(2014)

Elmi tədqiqat işləri Ramiz Əbdülrəhimovun ümumi sayı 10 olan, səs küylə mübarizə, memarlıq akustikası və ekologiyaya bağlı araşdırma və elmi tədqiqat işləri mövcüddür. Memarlıq, memarlıq fizikası və restavrasiyaya aid 25-ə yaxın kitab, dərs vəsaitı və metodık göstərişlərin müəllifidir.6-sı Turk dilində çap olunmuşdur. 2013-cü ildə çap olunmuş beş cildli "Azərbaycan Memarlıq tarixi" adlı fundomental kitabın "Erkən Kopitalizim dövrü memarlığı"na aid 4-cü cildin müəllifidir(prof. N. Abdullaeyeva ilə birlikdə). Müxtəlif ölkələrdə 90-dan çox məqaləsı çap edilmişdir. Dünyanın bir sıra ölkələrində, 50-yə yaxın kongres və konfranslarda iştirak etmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan memarları Kateqoriya:Azərbaycan Texniki Universitetinin məzunları Kateqoriya:Azərbaycan Memarlıq və İnşaat Universitetinin professorları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Memarlar İttifaqının üzvləri