Fikrət Əliyev () — Azərbaycan kinorejissoru, ssenari müəllifi, aktyor, ikinci rejissor, Azərbaycanın əməkdar incəsənət xadimi.

Həyatı Fikrət Əliyev 12 dekabr 1939-cu ildə Bakı şəhərində anadan olub. 1966-cı ildə M. A. Əliyev adına ADİİ-nun aktyorluq fakültəsini, 1972-ci ildə Moskvada ÜDKİ-nun iki illik ali ssenari və rejissorluq kurslarını bitirib. 1966-cı ildən ömrünün sonunadək "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. O, "Yuxu"Nadir Bədəlov. "Bizim kino". Fikrət Əliyevin "Yuxu" filmi haqqında. 16.04.2016 , "Axırıncı dayanacaq", "Ölüm növbəsi" və s. filmlərdə rejissorluq etmişdir. Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

Fikrət Əliyev 8 mart 2016-cı ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Rejissor Əmircan qəbiristanlığında oğlunun məzarı yanında torpağa tapşırılmışdır.

Ailəsi Rejissorun 1 qız və 3 oğlan övladı olmuşdur. Oğlu, İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışan 1973-cü il təvəllüdlü Rəşad Əliyev 2016-cı ildə 42 yaşında vəfat etmişdir.

Xatirəsi 2019-cu ildə F.Əliyevin xatirəsinə rejissor Babək Abbaszadə tərəfindən "Məni izləyən müəmma" filmi çəkilmişdir. 2024-cü ildə Azərbaycan Dövlət Film Fondunda Fikrət Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Filmoqrafiya

İnsan məskən salır (film, 1967) Torpaq. Dəniz. Od. Səma (film, 1967) Uşaqlığın son gecəsi (film, 1968) Dəli Kür (film, 1969) Gün keçdi (film, 1971) İki dəfə iki (film, 1973) Telefon sərgüzəştləri (film, 1973) Tikilir, amma... (film, 1973) Baladadaşın ilk məhəbbəti (film, 1974)Mürvətqızı, S. "Sənə olan eşqimi sənə də alçaltmaram…": [kinorejissor Fikrət Əliyevə məxsus "Baladadaşın ilk məhəbbəti" adlı filmi haqqında] //525-ci qəzet.- 2014.- 9 avqust.- S.14–15. Ömrün səhifələri (film, 1974) Ürək... Ürək... (film, 1976) Akt və fakt (film, 1978) Arvadım mənim, uşaqlarım mənim (film, 1978) Qızıl uçurum (film, 1980) Ay alan! (film, 1981) Əldən qalan... (film, 1981) Azərbaycanda qoyunçuluq (film, 1982) Toxunma, partlayar! (film, 1982) Bişmiş toyuğun gülməyi... (film, 1983) Xüsusi buraxılış (film, 1983) Möhürlü yalan (film, 1983) Qoca palıdın nağılı (film, 1984) Su axır, gözüm baxır (film, 1985) Quraqlıq (film, 1985) İşarəni dənizdən gözləyin (film, 1986) Nəticə (film, 1986) (III) Nəticə (film, 1986) (IV) Yuxu (film, 2001) Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007) Ölüm növbəsi (film, 2009) Axırıncı dayanacaq (film, 2014)

İstinadlar

Mənbə Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycanın əməkdar incəsənət xadimləri