"Alf" (, — Yerdən olmayan həyat forması)— ABŞ teleserialı.
Məzmun Onun vətəni Melmak planetidir, yaşayış yeri - Los-Anceles. O özünəinamlıdır, kaprizlidir, qarunqulu və mısmırıqlıdır. O pişikləri dəlicəsinə sevir (kulinar baxımdan). Onun maraqları sərhəd tanımır, dağıdıcı bacarıqları isə təxəyyülü belə çıxılmaz vəziyyətə salır. Amma onun fikirləri saf və təmizdir, ürəyi isə açıq.
Onun adı Qordon Şamueydir. Onun 230 il yaşı var (28 oktyabr 1756-cı ildə anadan olub). O Melmak planetinin partlayışından sonra çox az sağ qalanlardan biridir. Onun kosmik gəmisi sadə amerikan ailəsi Tannerlərin qarajına dəyərək dağılır (1986-cı ildə). Ailənin başçısı Villi Tanner onu Alf deyərək çağırmağa başlayır (ALF - ) Yerdən olmayan həyat forması sözlərinin abbveaturasıdır). Bu ad Qordonun əsl adını uzun müddət əvəz etdi. Alf Tannerlər ailəsinin bir üzvü oldu. Baxmayaraq ki, o bəzən onların ona etdikləri yaxşılığı anlamayır, o bu ailənin bütün üzvlərini ürəkdən sevirdi (hətta pişik Lakini belə). Ümumiyyətlə Alfın planeti olan Melmakda pişiklər delikatess hesab olunurlar.
Rollarda Baş qəhrəmanlar Pol Fasko – ALF (səsləndirmə) Max Wright – Villi Tanner Anne Schedeen – Keyt Tanner Andrea Elson – Linn Tanner Benji Gregory – Brayan Tanner
İkincisaylı qəhrəmanlar Josh Blake – Jake Ochmonek (2-4 mövsüm) Jim J. Bullock – Neal Tanner (4 mövsüm) Andrea Covell – Jody Bill Daily – Dr. Larry Dykstra Paul Dooley – "Whizzer" Deaver John LaMotta – Trevor Ochmonek Anne Meara – Dorothy Halligan Deaver Liz Sheridan – Raquel Ochmonek
Əsas personajlar Qordon Şamuey (Alf) Yadplanetlinin boyu 97 sm (3 fut 2 düym). Alf 28 oktyabr 1756-cı ildə anadan olmuşdu (serialın başlanqıcında onun artıq 229 yaşı vardır). O Melmak planetinin cənub-qərbində yaşayır. Onun planeti Hidra-Sentavr superklasterdən 6 parsek məsafəsində yerləşir. Planetnin səması yaşıl, otları çəhrayı, günəşi isə purpur rəngdədir. Melmakda istifadə edilən valyutanın adı «Vernik»dir. Ən məşhur və bahalı material isə korpiumdur (onun giyməti bizim qızıl kimi dəyərlidir), qızılın özü isə Melmakda heç bir qiymətə malik deyil. Melmakda çox qorxulu bir xəstəlik var - bu «Dəhşətli melmakian hıqqıltısıdır». O bir neçə gün, ola bilər bir neçə il də davam edə bilər (məsələn Alfın dayısı dayanmadan 50 il hıqqıldayıb).
Alfın bədəni qonur xəzlə örtülüb (özü bu rəngi "yanmış Siena" adlandırır). Alfın qatlı burnu, üzündə xalları, yaşıl rəngdə qanı var. Alfın dediyinə görə onun 10 orqanında 8-i mədədir (bir dənə də mədəsini o depressiya zamanı istifadə edir), buna görə onun, həddən artıq iştahası var. Və buna görə onun çox böyük çəkisi vardır. Melmak planetinin ən nəfis delikatessi pişiklər sayılır. Məhz buna görə də Alf Lakini yeməmək üçün özünlə daim mübarizə aparır.
Alf özünə problem yaratmağı bacarır. Tam olaraq bilinmir - Melmak planetində o nə peşəyə sahib olub. «Keepin The Faith» seralında Alfın orada selik əldə etmək üçün öz avtomobil şatışı üzrə biznesi olduğunu bildirir.
Selikli mühərrik - bu klassik modeldir.
Amma «Help Me Rhonda» serialında Alfın öz dostları ilə öz ad gününü qeyd edən retrospektiva göstərilir. Onun sağ çiynində «Orbital Müdafiə» yazısı var; onun doğma planetinə nüvə raketlərnin yaxınlaşdığını eşidən kimi, Alf dostları ilə çıxıb gedirlər. Bundan ehtimal etmək olar ki, Alf Melmak Ordusunda xidmət eləyib. Villi (Uilyam) Tanner Ailə başçısı. 45 yaşlı sosial xidmət işçisi. İşdən kənar vaxtlarda qısadalğalı radio ilə maraqlanır, bir sıra apparatura konstruksiyalarını icad edir. Keyt (Katrin Dafna Helligan) Tanner Villinin həyat yoldaşı, evdar qadın. Bəzən elə təəssürat yaranır ki, Keyt Alfı sevmir. Amma əslində o həmişə onun tərəfində durur. Bəzən öz anası ilə konflikt edir. Linn Tanner Tannerlər ailəsinin qızı. 16-19 yaşı var. Alfı çox sevir, həmişə onu qoruyur və incitməyə qoymur. Alf gizli olaraq Linnə aşiqdir. Brayan Tanner 6-10 yaşlı Tannerlərin oğlu. Alfın ən yaxın dostudur. Və onun ən ağlasığmaz düşüncələrini və planarını dəstəkləyir, baxmayaraq ki, bəzən belə davranışlar Yer normalarına zidd olur. Reytinqlər 1986–1987: #12 (19.5) 1987–1988: #5 (21.3) 1988–1989: #10 (19.0) 1989–1990: #39 (13.7)
Serial epizodlarının siyahısı 1-ci mövsüm (1986—1987)
{| class="wikitable wide" |- ! style="background:#FFBFBF" | Ad ! style="background:#FFBFBF" width="140"| Premyera tarixi ! style="background:#FFBFBF" width="5" | Seriyanın kodu ! style="background:#FFBFBF" width="25" | № |- bgcolor="#F2F2F2" | «A.L.F.» (Alf) || 22 sentyabr 1986 ||align="center"| S01E01 ||align="center"| 1 |- |colspan="4" bgcolor="#ffffff"| Tannerlər ailəsinin qarajına kosmik gəmi düşür. Gəminin içərisində tüklü, kök, boyu aşağı olan başqa planetli aşkar olunur. Həmçinin başqa planetli danışa bildiyi də (o insanların dilini anlayır; ingilis dilində danışır) məlum olur, ona Alf deyə çağırmağa razı olduğunu və çox böyük qarunqulu olduğunu da öyrənirlər. Qastronomik etibarı ilə o pişiklərlə gidalanır. |- |colspan="4" bgcolor=#FFBFBF| |- bgcolor="#F2F2F2" | «Strangers In The Night» (Gecədə yadlar) || 29 sentyabr 1986 ||align="center"| S01E02 ||align="center"| 2 |- |colspan="4" bgcolor="#ffffff"| Keyt və Linn party'yə getməlidirlər, Villini isə işə çağırırlar. Tannerlərin evdə olmadığı müddətdə Brayana evdə baxmağa missis Okmonakı çağırırlar. Qonşu evə gələn kimi, o dəqiqə televizorun qabağına əyləşərək Psixo serialına baxır. Bu zaman evə oğru girir. Strangers In The Night — Frenk Sinatranın ifasında ən populyar mahnıdır, 1966-cı il. |- |colspan="4" bgcolor=#FFBFBF| |- bgcolor="#F2F2F2" | «Looking For Lucky» (Lakinin axtarışında) || 6 oktyabr 1986 ||align="center"| S01E03 ||align="center"| 3 |- |colspan="4" bgcolor="#ffffff"| Alf Tannerlərin pişiyi Lakini hipnoz eləyərək, onun artıq heyvan deyil, bublik olduğunu inandırmağa çalışır. Həmən gecənin axşamı Laki itir və bütün şübhələr Alfa yönəlir. Öz günahsızlığını təsdiq etmək üçün, Alf Lakinin axtarışına çıxır. |- |colspan="4" bgcolor=#FFBFBF| |- bgcolor="#F2F2F2" | «Pennsylvania 6-5000» (Pensilvaniya 6-5000) || 13 oktyabr 1986 ||align="center"| S01E04 ||align="center"| 4 |- |colspan="4" bgcolor="#ffffff"| Alf bütün günü Tannerlərin telefonunda oturur və ora-bura zəng eləyir, buna görə Villi telefon istifadəsinə dair qrafik hazırlayır. Alf qısadalğalı radiostansiyanı istifadə etməyə məcbur qalır. Yer üzündə nüvə silahının istfadəsinin çoxalması ilə təşvişə düşən Alf, ABŞ Prezidentinə zəng vurur. FTB Milli təhlükəsizliyi üçün potensial təhlükə kimi Villini həbs edir. Pennsylvania 6-5000 — Qlenn Miller orkestrinin mahnısıdır. Hesab edilir ki, 6-5000 Nyu-Yorkda yerləşən Pensilvaniya otelinə məxsus ən köhnə telefon nömrəsidir. |- |colspan="4" bgcolor=#FFBFBF| |- bgcolor="#F2F2F2" | «Keepin' The Faith» (İnanmağa davam edərək) || 20 oktyabr 1986 ||align="center"| S01E05 ||align="center"| 5 |- |colspan="4" bgcolor="#ffffff"| Alf düşünür ki, o Tannerlərə başdan ayağa xərclər qətirir və buna görə onların "boynuna minməmək" üçün o kosmetika mağazasında satıcı vəzifəsə keçir və 4000 dollar məbləğində mal alır.Keepin' The Faith — 1984-cü il mahnısı, müğənni Billi Coel. |- |colspan="4" bgcolor=#FFBFBF| |- bgcolor="#F2F2F2" | «For Your Eyes Only» ( Yalnız sənin gözlərin üçün) || 3 noyabr 1986 ||align="center"| S01E06 ||align="center"| 6 |- |colspan="4" bgcolor="#ffffff"| Alf telefonla Codi adlı kor qızla tanış olur. Villinin ona evdən çıxmağa qadağasına baxmayaraq, Alf Linnin köməyi ilə yeni tanışdığı qızla görüşə gedir. For Your Eyes Only — bu adla 2 mahnı mövcuddur - birincisi Amerikan qrupu olan Blondienin və Şotland müğənnisi Şina İstonnun. |- |colspan="4" bgcolor=#FFBFBF| |- bgcolor="#F2F2F2" | «Help Me Rhonda» (Kömək elə, Ronda) || 10 noyabr 1986 ||align="center"| S01E07 ||align="center"| 7 |- |colspan="4" bgcolor="#ffffff"| Alf öz başqaplanetli-dostları üçün darıxır, ən çox isə Ronda. Villi ona kömək etməyə çalışır, Alfın dostu olan Skiperlə əlaqə saxlayır. Ancaq Skiper kosmik gəmidə Yerə enəndə və Alfı onun planetinə aparmağa hazırlaşanda, Alf yeni ailəsi olan Tannerlərə qalmağa qərar verir. Help Me Rhonda — 1965-ci il, Amerikan qrupu olan The Beach Boys mahnısıdır . |- |colspan="4" bgcolor=#FFBFBF| |- bgcolor="#F2F2F2" | «Don’t It Make My Brown Eyes Blue» (Məgər bu mənim şabalıdı gözlərimi kədərli etmirmi?) || 17 noyabr 1986 ||align="center"| S01E08 ||align="center"| 8 |- |colspan="4" bgcolor="#ffffff"| Linnin sinif yoldaşı, rok-qrupun lideri Skott öz alətlərinin saxlanılması üçün yer lazımdır. Linn bunun üçün Tannerlərin qarajını istifadə etməyini ona təkilf edir. Linn Skottla görüşə gedəndə, Alf onun üçün videoklip çəkir. Don’t It Make My Brown Eyes Blue — 1977-ci il mahnısı. Kantri-müğənnisi olan Kristal Geyl oxuyub. (mahnının adının tərcüməsi: «Məgər bu mənim şabalıdı gözlərimi kədərli etmirmi?»). |- |colspan="4" bgcolor=#FFBFBF| |- bgcolor="#F2F2F2" | «Jump» (Tullanış) || 24 noyabr 1986 ||align="center"| S01E09 ||align="center"| 9 |- |colspan="4" bgcolor="#ffffff"| Özünün 45-illiyində Villi anlayır ki, öz cavanlığında arzularının bir çoxuna nail olmayıb. Alf ona onun arzuların birini - paraşütdan tullanmağı heyata keçirir. Jump — 1984-cü il amerikan qrupu olan Van Halenin mahnısı, bu kollektivin ən populyar musiqisi. |- |colspan="4" bgcolor=#FFBFBF| |- bgcolor="#F2F2F2" | «Baby, You Can Drive My Car» (Beybi, sən bu maşını sürə bilərsən) || 1 dekabr 1986 ||align="center"| S01E10 ||align="center"| 10 |- |colspan="4" bgcolor="#ffffff"| Linn özünün avtomobili olmağını arzulayır və lazımi miqdarda pul toplamaq üçün restoranda işə düzəlir. Alf qızcığazın necə əziyyət çəkdiyini görür; o öz kosmik gəmisinin bir neçə detalını sataraq ona Ferrari hədiyyə edir. Baby, You Can Drive My Car (və ya sadəcə Drive My Car) — The Beatles qrupunun 1965-ci il mahnısı. |- |colspan="4" bgcolor=#FFBFBF| |- bgcolor="#F2F2F2" | «On the Road Again» (Yenə yolda) || 8 dekabr 1986 ||align="center"| S01E11 ||align="center"| 11 |- |colspan="4" bgcolor="#ffffff"| Alf mətbəxdə xırda yanğın törədir. Ailə uikend üçün meşəyə istirahətə gedir. Ancaq birdən başlayan yağış hər şeyi korlayır - onlar furqonda gizlənməyə məcbur olurlar. Furqonun içərisində vəziyyət gərginləşir və Alf furqondan çıxaraq meşəyə üz tutur. Meşədə o brakonyerlərin yaşadığı evlə rastlaşır. Brakonyerlər Alfı Qarışqayeyənlə səhv salırlar. On the Road Again — Bob Dilanın 1965-ci ildə yazılmış mahnısı. |- |colspan="4" bgcolor=#FFBFBF| |- bgcolor="#F2F2F2" | «Oh, Tannerbaum» (Oh, Tannerbaum!) || 22 dekabr 1986 ||align="center"| S01E12 ||align="center"| 12 |- |colspan="4" bgcolor="#ffffff"| Milad bayramı başlayır, Alf isə Yer ənənələri ilə tanış olmadığından şam ağacını kəsir. Bunun yerinə alınan plastmass şam ağacını isə Alfın xoşuna gəlmir və o Villini meşəyə getməyə və oradan təbii ağac gətirməyi inandırır. Oh, Tannenbaum — məşhur alman milad mahnısı. Bu mahnının ingilis versiyası O Christmas Tree adlanır. |- |colspan="4" bgcolor=#FFBFBF| |- bgcolor="#F2F2F2" | «Mother and Child Reunion» (uşağın və ananın birləşməsi) || 12 yanvar 1987 ||align="center"| S01E13 ||align="center"| 13 |- |colspan="4" bgcolor="#ffffff"| Tannerlərə qonaqlığa Keytin anası — Doroti gəlir və Alf bir neçə vaxt olarq qarajda yaşamalı olur. Mother and Child Reunion — 1972-ci il amerikalı müğənnisi Pol Saymonnun, Simon and Garfunkel qrupunun mahnısıdır. |- |colspan="4" bgcolor=#FFBFBF| |- bgcolor="#F2F2F2" | «A Little Bit of Soap» (Bir az sabun ) || 19 yanvar 1987 ||align="center"| S01E14 ||align="center"| 14 |- |colspan="4" bgcolor="#ffffff"| Doroti Tannerlərdə qonaq qalmaqda davam eləyir.A Little Bit of Soap — 1961-ci il amerikalı qrup The Jarmelsin mahnısı. |- |colspan="4" bgcolor=#FFBFBF| |- bgcolor="#F2F2F2" | «I’ve Got a New Attitude» (Mən öz davranışımı dəyişdim) || 2 fevral 1987 ||align="center"| S01E15 ||align="center"| 15 |-