İlham Təvəkkül oğlu Əsgərov () — azərbaycanlı aktyor, Azərbaycan Respublikasının xalq artisti.
Həyatı İlham Əsgərov 16 iyul 1958-ci ildə anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirmişdirXalq Artisti İlham Əsgərov vəfat etmişdir. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyoru olmuş, teatrın ən populyar tamaşalarında iştirak etmişdir.
İ. Əsgərov Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biri olub.
6 sentyabr 2015-ci ildə Bakıda vəfat etmişdir. Masallı rayonunun Xoşçobanlı kəndində dəfn edilmişdir.
İlham Əsgərov Kərbala ziyarətində olmuşdur.
Mükafatları İlham Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 15 may 2006-cı ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. Cəfər Cabbarlı mükafatı (2010)Cəfər Cabbarlı mükafatı sahiblərinə təqdim olunub. apa.az, 16.04.2010.
Rolları Mirzə İbrahimov "Közərən ocaqlar" Əli, Hüseyn Cavid "İblis" Ərəb, Nəriman Həsənzadə "Atabəylər" Əbubəkir, Bəxtiyar Vahabzadə "Fəryad" Loğman və Əmir, Bəxtiyar Vahabzadə "Dar ağacı" Sabutay, Bəxtiyar Vahabzadə "Rəqabət" Nadir, İlyas Əfəndiyev "Büllur sarayda" Həbib, İlyas Əfəndiyev "Mahnı dağlarda qaldı" Nicat, İlyas Əfəndiyev "Sevgililərin cəhənnəmdə vüsalı" Anaşkin, İlyas Əfəndiyev "Tənha iydə ağacı" Doktor Altay, İlyas Əfəndiyev "Hökmdar və qızı" Məhəmməd xan, Vilyam Şekspir "Kral Lir" Fransa kralı, Hidayət Orucov "Bu dünyanın adamları" Nemət Səmədzadə, Süleyman Sani Axundov "Eşq və intiqam" Piri baba, İlyas Əfəndiyev "Qarabağnamə" İbrahim xan, Mirmehdi Seyidzadə "Füzuli və Əsmər" Həbibi, Əli Əmirli "Mesenat" N. Nərimanov, Süleyman Sani Axundov "Qaraca qız" Piri baba, Həsən Həsənov "Qürbətdən gələn məktublar" Mirzə Fətəli Axundzadə.
Azərbaycan Dövlət Televiziyasında Vilyam Şekspirin "İki veronalı" (Valentin) İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" (Valeh), Aslan Qəhrəmanovun "Səndən xəbərsiz" (Fərrux), Mar Bayciyevin "Ər və arvad" (Əziz), Bəxtiyar Vahabzadənin "Kimdir haqlı?" Fikrət, Mövlud Süleymanlının "Fatehlərin divanı" (Bilgə xaqan)
Filmoqrafiya Afaqın məhəbbəti (film) Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film)-dublyaj: Həsən (Həsənağa Turabov) Aşıq Məhəmməd Sadaxlı (film, 2003) Bitməyən ömür (film, 2013) Biz qayıdacağıq (film, 2007) — rol: Müəllim Biz qayıdacağıq (veriliş, 2007) (II) Böyük ömrün anları (film, 2006) Böyük ömrün davamı (film, 2007) Cavad xan (film, 2009) — film səsləndirən: Mirzə (Rafiq Əzimov) Cavid ömrü (film, 2007) — rol: Keykavus Doğma sahillər (film, 1989) — rol: Zabit Dönüş (film, 1999) Düma ömrünün qırx günü (film, 2002) Ər və Arvad (Əziz) Fatehlərin divanı Fədakar (film, 2015) Güllələnmiş heykəllər (film, 2002) Günahsız Abdulla (film, 1984) Həsrətli gözlərin rəsmi (film, 2003) Xilaskar. I film (film, 2003) Xilaskar. II film (film, 2003) Xilaskar. III Film (film) Xüsusi vəziyyət (film, 1986) İki Veronalı (Valentin) Kimdir Haqlı? Fikrət Qanun naminə (serial, 2013)-rol: Yunus Vəliyev Qara "Volqa" (film, 1994) — film səsləndirən: Vəzifəli şəxs (Faiq Əliyev) Qəmbər Hüseynli (film, 2007) Qəzəlxan (film, 1991) Məhəbbət oratoriyası (film, 2003) Mən sənin dayınam (film, 2001) Mətbuat fədaisi (film, 2007) Tərsinə çevrilən dünya (film, 2011) Sabaha inamla. I film (film, 2001) Sabaha inamla. II film (film, 2001) Sabaha inamla. III film (film, 2002) Sarıköynəklə Valehin nağılı (film, 1980) Səndən xəbərsiz (film, 1985) Sübhün səfiri (film, 2012) — rol: Şeyx-ül-islam Şair haqqında ballada. Tofiq Bayram (film, 2005) Yük (film, 1995) — film səsləndirən: Hacı Zeynalabdin Tağıyev (Ağakişi Kazımov) Zirvəyə doğru (film, 2007) Ailə (film) — film səsləndirən: İsmayıl (Həsən Turabov) İnanmırsansa... (film-tamaşa,1984) — rol: Nüsrət
İstinadlar
Xarici keçidlər İlham Əsgərov
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Kərbəlayilər Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:"Cəfər Cabbarlı" mükafatı laureatları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları