Sürəyya Abbasqulu qızı Kərimova () — Sosialist Əməyi Qəhrəmanı (1948), Azərbaycan SSR pambıq ustası (1957). Qəhrəman Ana (1965).
Həyatı Sürəyya Abbasqulu qızı Kərimova 15 fevral 1922 ildə Ağdamın Qaradağlı kəndində dünyaya gəlmişdir.
Sürəyya Kərimova Ağdamın Qaradağlı kəndində Telman adına kolxozda kolxozçu, manqabaşçısı, briqadir işləmişdir.
Sürəyya Kərimova SSRİ Ali Sovetinin (8–9-cu çağırış), Azərbaycan SSR Ali Sovetinin (2–5-ci çağırış) deputatı, Azərbaycan Kommunist Partiyasının XXVIII-XIX qurultaylarında Mərkəzi Komitənin üzvü seçilmişdir. Ümumdünya sülh tərəfdaşları konqresində (1949, Moskva), kolxozçuların 3-cü Ümumittifaq qurultayının (1967) iştirakçısı olmuşdur. 2 dəfə "Lenin" ordeni, Qırmızı Əmək Bayrağı ordeni, "Oktyabr inqilabı" ordeni ilə təltif edilmişdir.
Sürəyya Kərimovaya həsr olunan "Sürəyya" mahnısının musiqisi Səid Rüstəmova aiddir. Bu mahnıya görə Səid Rüstəmov 1952-ci ildə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür.
Mükafatları Sosialist Əməyi Qəhrəmanı (1948); İki dəfə Lenin ordeni İki dəfə "Qırmızı əmək bayrağı" ordeni "Oktyabr inqilabı" ordeni "Qəhrəman Ana" fəxri adı (1965) Analıq medalı
Filmoqrafiya Çağırışa cavab (film, 1947) Sürəyya (film, 1973) Oktyabrın şəfəqləndirdiyi yol (film, 1977)
İstinadlar
Kateqoriya:SSRİ Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:İkiqat Sosialist Əməyi Qəhrəmanları Kateqoriya:SSRİ kolxozçuları Kateqoriya:Azərbaycan pambıqçıları Kateqoriya:I dərəcəli Analıq medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ pambıqçıları Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri