Əmirov Əliyar Həsənalı oğlu — azərbaycanlı xanəndə.
Həyatı Əliyar Əmirov 1925-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. 1941-ci ildə həmin rayonun Ağalıkənd yeddi illik məktəbini bitirmişdir. İkinci Dünya müharibəsi zamanı 416-cı Taqanroq diviziyasında xidmət etmişdir.
1949-cu ildən ömrünün sonuna kimi o, M.Maqomayev adına Dövlət Filarmoniyasının solisti olmuşdur.
Əliyar Əmirov 1994-cü ildə vəfat etmişdir. Məzarı Biləsuvar şəhər qəbirstanlığındadır. Onlarla muğam onun ifasında Qızıl fondda saxlanılır.
Kateqoriya:Xanəndələr Kateqoriya:Biləsuvar rayonunda doğulanlar