Sahar Televiziyası və ya qısaca Sahar TV () — İranın 6 dildə yayımlanan telekanalı.
Haqqında İran İslam Respublikasının Televiziya–yayım Şurasında (IRIB) iki telekanal ilə qeydiyyatdan keçib (Sahar TV 1, Sahar TV 2). Kanal 6 dildə, o cümlədən azərbaycan dilində də yayımlanır. Azərbaycan dilindən başqa ingilis, fransız, kürd, boşnak, fars dillərində də vaxt ardıcıllığı ilə yayımlanır.
Azərbaycan dilində Səhər Televiziyasının Azərbaycan redaksiyası 1992-ci ildən fəaliyyət göstərir. İranda yaşayan azərbaycanlılar və digər azərbaycandilli əhali üçün yaradılıb.
Yayım vaxtları 21 martdan 22 sentyabra qədər: saat: 15:30–23:30 23 sentyabrdan 20 marta qədər: saat:14:00–22:30
Peyk Tezlikləri
ABS-1;75-dərəcə Şərq
Tezlik: 12744 Symbolrate:2532 Polyarizatsiya: H. FEC 3/4
Nilesat102;7-dərəcə Qərb
Tezlik: 12303 Symbolrate: 27500 Polyarizatsiya: H. FEC 5/6
Badr-1;26-dərəcə Şərq
Tezlik: 12303 Symbolrate: 27500 Polyarizatsiya: H. FEC 5/6
Onlayn Yayım azeri.sahartv.ir/live
Xarici keçidlər
Rəsmi saytı Azərbaycanca rəsmi saytı
Kateqoriya:Azərbaycan dilində televiziya kanalları Kateqoriya:Xəbər televiziya kanalları Kateqoriya:İran televiziya kanalları Kateqoriya:İran İslam Respublikasının Teleradio Yayımı