Emil Yanninqs (, əsl adı Teodor Emil Yanents, ) — alman aktyor və prodüser.

Həyatı Teodor Fridrix Emil Yanents 23 iyul 1884-cü ildə İsveçrənin Sankt-Qallen kantonunun Rorşax şəhərində alman-amerikan mənşəli tacir Emil Yanentsin və onun həyat yoldaşı Marqareta Şvabın ailəsində dünyaya gəlib; uşaqlığı Leyptsiq və Görlitsdə keçib. Gimnaziyadakı təhsilini yarımçıq qoyub gəmi şagirdi kimi xidmətə başlayıb. 1900-cü ildə Görlitsdə şəhər teatrında könüllü olaraq çalışıb, 1901–1914-cü illərdə əyalətdə aktyor olub. 1914-cü ildə Berlinə köçüb və Maks Reynhardtın teatrının truppasına qəbul edilib. 1916-cı ildə Alman teatrında müstəqil olaraq ilk tamaşasını səhnəyə qoyub. 1917-ci ildən böyük rollar oynamağa başlayıb. 1918-ci ilin yayında Kral teatrına keçib. 1918-ci ilin sonunda Reynhardtın teatrına qayıdıb və 1920-ci ilin sonuna qədər burada çalışıb.

Aktyor işləri 1945 — Cənab Bellinq hardadır? — Eberhard Bellinq 1943 — Altes Herz wird wieder jung — direktor Hoffman 1942 — İstefa — Bismark 1941 — Kryuger dayı — Kryuger 1939 — Robert Kox — ölümü yenən — həkim Robert Kox 1937 — Der zerbrochene Krug — Adəm 1937 — Der Herrscher — Matias Klauzen 1936 — Traumulus — professor Niyemer

Xarici keçidlər

Kateqoriya:Aktyorlar Kateqoriya:İsveçrədə doğulanlar Kateqoriya:Avstriyada vəfat edənlər Kateqoriya:Ən yaxşı kişi roluna görə Oskar mükafatı qalibləri Kateqoriya:Qaraciyər xərçəngindən ölənlər Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Almaniya film aktyorları