Qabor Qubadov (d: 17 fevral, 1966) — Macarıstan siyasətçisi. Macarıstan Respublikasının Milli Məclisində Fides partiyasını 2006-cı ildən təmsil edir. Macarıstan Futbol Liqasında fəaliyyət göstərən məşhur Ferençvaroş klubunun prezidentidir. Emma, Marsel və Oliviya adında 3 uşağı vardır.
Karyerası Qabor Qubadov orta təhsilini Peşterjebetdə bitirmişdir. 1997-ci ildə Gödöllö Kənd Təsərrüfatı Elmləri Universitetindən məzun olmuşdur. 1990-cı illərdə müxtəlif sahələrdə sahibkar kimi çalışmışdır. 1997-ci ildə ailəsi ilə birlikdə Şorokşara köçmüşdür.
2002-ci ildən bəri, Budapeştin XXIII rayonunda Fides partiyasının sədri vəzifəsində işləmişdir.
Qubadov, 2008-ci ildə keçirilən referendumda və 2009-cu ildə keçirilən Macar Avropa parlamenti seçimlərində fəal iştirak etmişdir. Hal hazırda Ferençvaroş klubunun prezidentidir.
İstinadlar
Kateqoriya:Budapeştdə doğulanlar