Məsih (HWV 56) – Georq Fridrix Hendel tərəfindən 1741-ci ildə yazılmış, üç hissəli ingilis dilli oratoriyadır. Bu məqalə oratoriyanın birinci hissəsi və onun musiqisinin Çarlz Cennens tərəfindən yazılmış mətnlə uyğunlaşdırılması haqqındadır. Birinci hissə Məsih haqqında vəhy və Yesayanın onun bakirədən doğulması haqqında təsviri ilə başlayır. Çobanların müjdələnməsindən sonra Məsihin doğulması və onun dünyada vəzifəsi, bu vaxta kimi Yesayanın sözləri əsasında qəbul edilir ki, bu oratoriyada həmin İncilə əsaslanan yeganə hissəsidir. Oratoriyanın ikinci hissəsində Məsihin fəaliyyəti, ölümü, dirilməsi, yüksəlməsi və İncilin yayılması təsvir edilir. Üçüncü hissədə Pavelin Məsihin ölümü və dirilməsinin Cənnətdə necə öyülməsini öyrətməsi təsvir edilir.

Məsih oratoriyasının birinci hissəsi daha çox "Milad hissəsi" adı ilə tanınır və tez-tez Milad bayramı mərasimlərində tez-tez ifa olunur.

Məsih oratoriyası

Oratoriyanın librettosu Çarlz Cennens tərəfindən yazılmış, əsasən Kral Ceymsin Bibliyasının Əhdi-Ətiq hissəsinə, bəzi psalmlarda isə Ümumi İbadət Kitabına istinad edilmişdir. Mətni şərh edərkən Cennes qeyd edir: “...Mətnin subyekti digər bütün subyektlərdən üstündür. Mətnin subyekti Məsihdir...”

Digər mənbələrlə əhatə olunması baxımından Məsih, Hendelin digər oratoriyalarından fərqlənir, bunun yerinə oratoriyada xristian Məsih təsvir olunur:

Struktur və qavram

Oratoriyanın strukturu liturgik il təqviminə uyğun qurulmuşdur: Birinci hissə Müjdə, Milad və Məsihin həyatı; İkinci hissə Böyük Pəhriz, Pasxa, Yüksəliş və Pentekros; Üçüncü hissə Kilsə ilinin başa çatması və yeni ilin başlanması ilə üst-üstə düşür. İsanın doğulması hadisəsi oratoriyada peyğəmbər Yesayanın (libretto üçün daha çox qəbul edilən mənbə olaraq) sözlərinə əsasən təsvir edilir. Bu səhnədə yalnız Çobanların müjdələnməsi səhnəsində Lukanın İncilinə istinad edilmişdir. Çobanlar və quzu səhnəsi oratoriyanın bir çox səhələrində görünür, məsələn: “O öz sürüsünü çoban kimi bəsləməlidir” ariyasında (yeganə uzun hissədir ki, İsanın yerdəki işlərindən danışırlır), İkinci hissənin açılışında (“Tanrının quzusuna nəzər yetir”), “Hamımız çobana bənzəyirik” xorunda və əsərin bağlanış xorunda (“Quzuya layiq”).

Musiqi

Hendel Londonda Məsih oratoriyasını yazdığı zaman, artıq sevilən italyan dilli operaların müəllifi kimi məşhur idi, həmçinin ingilis dilli dini mətnlər əsasında 1713-cü ildə yazılmış "Utrext Te Deum və Yubilate” əsərinin və bir neçə oratoriyanın müəllifi idi. Məsih oratoriyasını da yazarkən o, eyni musiqi texnikasından istifadə etmişdir və bu texnika solo və xor ifasının növbələşməsinə əsaslanır.

Məsihin yalnız iki hissəsi tamamilə instrumental xarakter daşıyır: üvertura (Hendelin əlyazmasında “Sinfoniya” olaraq qeyd edilir) və Pifa (Betleyem kəndlilərinin çobanlıq həyatının təsviri). Həmçinin oratoriyada çox az hissələr vardır ki, burada solo və xor ifanın bir hissə daxilində kombinasiyasına yer verilmişdir. Solo hissələr tipik təsvir və ariyadan ibarətdir. Ariyalar havalar və ya mahnılar adlandırılıb və onlardan bəziləri kapo formasında yazılsa da, bu nadir halda hiss olunur (birinci parçanın tez-tez təkrarlanması, sonrakı hissələrdə kontrast yaradır.) Hendel, mətnin anlamını çatdırmaq üçün formatdan istifadənin müxtəlif yollarını tapmışdır. Bəzən, Bibliya mətnlərindən olan müxtəlif hadisələr bir parça içərində birləşdirilib, məsələn; əsərin birinci hissəsinin ilk parçası olan “Xilas müjdəsi” üç hissədən ibarətdir: təsvir, ariya və xor.

Oratoriyanın hissələri reçitativ sekko şəklində qeyd edilərək yalnız bass kontinuo ilə müşayiət olunur, halbuki reçitativlər simli alətlərin müşayiət etdiyi akkompanato şəklində qeyd edilir. Hendel xor və solo hissələr üçün dörd səs hissəsindən istifadə etmişdir: soprano, alto, tenor və bass. Orkestr sadə şəkildə düzənlənmişdir: qoboylar, simli alətlər və klavisinin bass səsləri, violonçellər, violalar və faqot. İki truba və litavrlar oratoriyanın birinci hissəsində “Tanrının xeyir-duası” nəsğməsində olduğu kimi, seçilmiş hissələrin xüsusi vurğulanması üçün istifadə olunur. Mətni mümkün qədər yaxşı bəzəmək üçün Hendel həm polifonik, həm də homofonik ayarlamadan istifadə etmişdir. Qoşa polifonik hissələr tipik olaraq uzun dramatik musiqi ilə tamamlanır, bunun ardınca isə homofonik sonluq gəlir. Hendel tez-tez sözləri vurğulamaq üçün uzadılmış koloraturalardan istifadə edir, xüsusilə bəzi hissələrdə italyandilli mətnlərin musiqi parodiyası zamanı bu üsula üstünlük verilir. Təkrarlanan uzun notlarda, “Hakimin dilindən söyləndi bunlar” hissəsində olduğu kimi, xüsusilə Tanrının nitqləri və əzəmətinin vurğulanması hissələrində, bəstəkar, cantus firmus istifadə edir.

Ümumi qeydlər

Aşağıdakı cədvəldə əsərin hissələri nömrələrlə göstərilmişdir. Məsihin hissələrinin nömrələnməsi üçün iki əsas sistem vardır: 1959-cu ilə aid tarixi Novello nəşri (əvvəlki nəşrlərə əsasən hazırlanmış 53 hissəli) və Hallische Händel-Ausgabe tərkibinə daxil olan Barenreiter nəşri. Müxtəlif hissələrdəki qısa reçitativlər nəzərə alınmasa, ümumilikdə əsər 47 hissədən ibarətdir. Aşağıdakı cədvəldə Novello nömrələri (Nov) birinci göstərilmişdir və hər hissənin qeydlər hissəsində individual Bärenreiter (Bär) nömrəsi də göstərilmişdir.

Qoboy və az halda trubaların istifadə olunduğu hissələrdə bass və ya simli açarın göstərilməsi ümumi mətnə təsir etmir. Açarların inkişafı və müxtəlif tempolar hər hissənin qeydlərində individual olaraq göstərilir. Hissələrin adları oriinal italyan dilində göstərilmişdir. Reçitativ və xor səhnə xüsusiyyətləri vurğulanmışdır.

Birinci hissənin mövzusu

Nov Bär Başlıq / İlk cümlə Forma Səs Tempo qeydi Alət Vaxt Açar Mənbə 1 1 Sinfoni Fransız üvertürası İnstrumental Grave Allegro moderato Qoboy E minor 2 2 Comfort ye Accompagnato Tenor Larghetto e piano E major 3 3 Ev’ry valley Ariya Tenor Andante E major 4 4 And the glory ... of the Lord Xor Allegro Qoboy 3/4 A major 5 5 Thus saith the Lord Behold, I will send Accompagnato Bass D minor 6 6 But who may abide But he is like a refiner's fire Ariya Alto Larghetto Prestissimo 3/8 D minor 7 7 And He shall purify Xor Allegro Qoboy G minor İtalyan 8 8 Behold, a virgin shall conceive Reçitativ Alto D major 9 8 O thou that tellest good tidings Arise, shine Ariya Alto, Chorus Andante 6/8 D major 10 9 For behold, darkness Accompagnato Bass Andante larghetto B minor 11 10 The people that walked Ariya Bass Larghetto B minor 12 11 For unto us a Child is born Xor Andante allegro Qoboy G major İtalyan 13 12 Pifa Pastorale İnstrumental Larghetto e mezzo piano 12/8 C major 14 There were shepherds abiding Reçitativ Soprano C major 15 13 And lo, the angel of the Lord Accompagnato Soprano Andante F major And the angel said Reçitativ Soprano A major 16 14 And suddenly Accompagnato Soprano Allegro D major 17 15 Glory to God in the highest Xor Allegro Qoboy, Truba D major 18 16 Rejoice greatly Ariya Soprano Allegro B flat major 19 Then shall the eyes of the blind Reçitativ Alto D major 20 17 He shall feed His flock Come unto me Duet Alto, Soprano Larghetto e piano 12/8 F major 21 18 His yoke is easy Xor Allegro Qoboy B flat major İtalyan

Birinci hissənin bölmələri 1 Sinfoni

Məsih oratoriyasının giriş hissəsi olan "Sinfoni" qoboylar və skripkaların ifası üçün Fransız üvertürası stilində (yavaş birinci hissə və fuqa) yazılmışdır. Fuqa violinlər vasitəsiylə müşayiət olunur, sonra isə final səhnəsində oratoriyanın Amen hissəsinə çevrilir. Bu musiqidə E minor açarı “ümidsizlik əhvalı” yaratmaq üçün istifadə olunub.

Səhnə 1 Birinci səhnənin əsas mövzusu xilaskar haqqında kəhanətlərdir. İlk üç hissədə ardıcıl olaraq Yesayanın kitabından beş nəğmə nəql olunur Yerusəlimə dönüş () və ardınca da Babilin işğalından danışılır. 2 Sakitləş, sakitləş, mənim xalqım

İlk vokal hissə (tenor akkompanato) Tanrının üç bəndlik “Sakitləş, sakitləş, mənim xalqım” sözləri ilə başlayır.

3 Hər vadi yüksək olmalıdı

Bu hissə Gəlişi əks etdirməklə, “Hər vadi yüksək olmalıdı” ifadəsinin tez-tez təkrarı ilə yadda qalır. Səslər həyəcanı təsvir edir, lakin ovalıq uzun notlarla vurğulanır. Təsviri sözlər əsasən aşağı notlarla müşayiət olunaraq sızılmış effekti yaradır.

4 Və şöhrəti, hökmdarın şanı

Xor ilk dəfə ifa etməyə başlayır və qaboylar vasitəsiylə müşayiət olunur, Tanrının vəhyi “Və şöhrəti, hökmdarın şanı” sözləri ilə öyülür. Alto başlayır, digər səslər (əsasən homofonik) cavab verirlər və getdikcə musiqinin sıxlığı artır. “Hakimin dilindən söyləndi bunlar” ifadəsi təntənəli cantus firmus şəklində səslənir və əvvəlcə təksəslilırdə səslənən uzun notlarla təkrarlanır və hissəni müsbət homofonik səslərlə tamamlayır.

Səhnə 2 İkinci səhnə tanrının zühuru ilə bağlı olmaqla üç hissədən ibarətdir. Bu hissədə Haqqay peyğəmbər və Malaxay peyğəmbərin müjdələrindən istifadə olunmuşdur. Malaxay peyğəmbərin sözləri ariya və xorun sözlərində davam etdirilir.

5 Rəbb belə deyirdi

Bu hissə bass səslərin müşayiəti altında “Rəbb belə deyirdi” sözləri ilə başıayır. Peyğəmbər Haqqay tərəfindən çatdırılmış Tanrı sözləri () iki kişi səsi tərəfindən təkrarlanır. “Və mən bütün xalqları silkələyəcəm” ifadəsində “silkələyəcəm” sözü bir neçə dəfə aşağı koloraturalarda təkrarlanır və “bütün xalqların arzusu gerçəkləşəcək” ifadəsində “arzusu” ifadəsi daha yuxarı koloraturalarda təkrarlanaraq skripkaların ifası ilə müşayiət olunur. Peyğəmbər Malaxayın “axtardığınız Rəbb qəflətən məbədə gəlir” sözləri qəflətən zif müşayiət olunan xəttə keçir. ()

6 Bəs kim əbədidir

Vəhylər növbəti iki hissədə də davam edir. İnsanların Tanrının sözlərinə reaksiyası olaraq səslənən alto musiqi titrəyişli səsi ilə Rəbbrin gəlməsinin intizarını daha da artırır. Musiqi “Bəs kim əbədidir” kimi düşündürücü bir sualla başlayır və kəskin şəkildə “Prestissimo” tempinə keçid edilərək “O alov kimi arıtlayıcıdır” ifadəsi ilə davam edir. Musiqi inandırıcı şəkildə davam edir, sıcrayış və zənguləli səslər skripkalar tərəfindən müşayiət olunur. De kapo kimi düşündürücü sual təkrar olunur, lakin daha qısa şəkildə prestissimo bölməsinə keçid edilir. Bu çıxışa bir qədər fasilədən sonra finalda yenidən qayıdılır, Adagio solistə əsas kadenzaya keçmək üçün imkan yaradır. Prestissimo postludiya dramatik səhnələrdən ibarətdir. Hendel bu dramatik səhnəni 1750-ci ildə Canetto Qadaqni üçün, reçitativi mətninin ilk dəfə dinlənilməsindən sonra yazmışdır.

7 Və o paklaşdıracaq

Xorun səsi “Və o paklaşdıracaq” fuqası üzərində yüksəlir, “paklaşdıracaq” koloraturası odun paklaşdırılması üzərində dayanır. Bu hissə Hendelin Quel fior che alla'ride (HWV 192, İyul 1741) əsərinin təkrarı kimi qəbul edilir.

Səhnə 3 Ümumi girişdən sonra, üçüncü səhnədə Yesayanın Məsihin Bakirədən doğulması haqqında spesifik təsviri başlayır.

8 Rəbb belə deyir

“Budur, bakirə hamilədir” () hissəsi qısa alto reçitativ şəklində səsləndirilir, “Emmanuel adlandırıldı” ifadəsi “Tanrı bizimlədir” kimi ifa edilir. Bu fikirlərdə Matfeyin İncilinə () istinad olunur.

9 Ah, sən müqəddəs Zion

Xoş xəbərin yayılmasından sonra, solo alto “Ah sən müqəddəs Zion” () hissəsi başlayır və sonra xor tərəfindən davam etdirilir. Bu 6/8-lik ölçüyə salınmış ilk musiqidir. Koloraturada “dağ” və “müjdə2 sözlər xüsusi vurğulanır, “Tanrı” və “Rəbb” sözləri isə uzun notlarla qeyd edilir. Xor mərəkə imitasiyası ilə başlasa da, tezliklə ifaya keçib, musiqişünas Rudolf Steqliç tərəfindən oratoriyanın birləşdirici motivi kimi qəbul edilən, artan dördlük şəklində səslənən “yaranış” () hissəsinə keçilir.

10 Budur, qaranlıq yer üzünü örtür.

Kəskin kontrast şəklində bass alətlər davam olaraq “Budur, qaranlıq yer üzünü örtür” () akkompanatosunu ifa edir, arxa fonda isə mətn bitənə kimi skripkalar major və minor saniyələrdə sirli motivi təkrar edirlər. “Lakin Rəbb doğulacaq” hissəsi (iki ölçü melizmasında təqdim edilir) “müjdə” koloraturası ilə davam edərək, sonda “və krallar [yüksəlişin parlaqlığı] hissəsində oktavanın yuxarı sıçraması ilə nəticələnir.

11 Qaranlıqda yürüyən insanlar