Rafiq Sədrəddinov — Azərbaycanlı jurnalist.

Həyatı Rafiq Niyazi oğlu Sədrəddinov 1945-ci il avqustun 14-də Şəki şəhərində doğulub. Jurnalistikaya 1969-cu ildə “Kimyaçı” qəzetinin məsul katibi olaraq qədəm qoyub. Bir il sonra “Kommunist Sumqaita” qəzetinə ədəbi işçi vəzifəsinə qəbul olunub, sonra redaktor kimi fəaliyyət göstərib.

Rafiq Sədrəddinov idman jurnalistikasında da çalışıb. Müxtəlif illərdə sovet dövrünün məşhur yerli mətbu orqanları olan “İdman”, “Bakinski raboçi” qəzetlərində çalışıb, habelə Moskvada çıxan “Sovetski sport”, “Qudok” kimi məşhur nəşrlərin Azərbaycan üzrə xüsusi müxbiri işləyib.

1987-ci ildə “Pravda” qəzetinin Azərbaycan bölməsinə baş müfəttiş təyin edilib. 1990-cı ildən “Tərəqqi” qəzetinin redaktoru, 1992-ci ildən “Mir futbola” qəzetinin redaktor müavini, 1999-cu ildən isə “Naş vek” qəzetinin baş redaktor müavini kimi fəaliyyət göstərib.

Son iş yeri “Kaspi” qəzeti olub.

13 sentyabr 2013-cü ildə vəfat edib.

İstinadlar

Kateqoriya:Şəkidə doğulanlar