Mirzə Abbas xan Mirzə Rza xan oğlu Təbrizi (1893-1925) — mühəndis, memar.

Həyatı Müşavirüddövlə ləqəbli Mirzə Abbas xan (1255/1893-1344/1925) Mirzə Rza Mühəndisbaşı Təbrizinin oğludur. O, Tehranın hərbi mədrəsəsində təhsil almış və h.q. 1275-ci (1858) ildən dövlət xidmətinə daxil olmuşdur. H.q. 1281-ci (1864) ildə Parisə ezam olunmuş və beş ildən sonra mühəndis və sərhədçi vəzifələrini yerinə yetirmək üçün Azərbaycana göndərilmişdir.

Mirzə Abbas xan Təbrizi Abbas xan bir çox sənət və peşə sahibi olmuş bir şəxsiyyət idi. O cümlədən h.q. 1296-cı (1879) ildə qazla işıqlandırmaq zavodunu idarə etmək ona tapşırılmışdı.

Mirzə Abbas xan Təbrizi h.q. 1299-cu (1881) ildə orduda baş mühəndis idi.

Mirzə Abbas xan Təbrizi h.q. 1301-ci (1883) ildə Parisə ezam olunaraq dəmir yolu haqqında müqavilə imzalanmışdı.

Mirzə Abbas xan Təbrizi h.q. 1304-cu (1886) Tehran şəhərinin bazarlarında ölçü və çəkiyə nəzarət heyətinə və böyük Şura (darülşuraya) üzvlüyünə seçilmiş, 1314-cü (1896) ildə Azərbaycan sərhədlərinin xəritəsinin çəkilməsi üçün oraya göndərilmiş, 1319-cu (1901) ildə şəhər idarəsi vəziri və Xarici İşlər nazirliyinin heyət üzvü kimi çalışmışdır.

Mirzə Abbas xan Təbrizi 1910–1913-cü illərdə Tehran şəhərinin meri vəzifəsində işləmişdi.

Mənbə Ənvər Çingizoğlu, Mirzə Abbas xan Mühəndis, "Soy" еlmi-kütləvi dərgi, 2012, №12, səh.10-13

Xarici keçidlər Qiyam: Mirzə Abbas xan Mühəndisbaşıdan ta doktor Məhəmmədbağır Qalibafa qədər

Kateqoriya:Təbrizdə doğulanlar Kateqoriya:İran mühəndisləri