Baş-Muğan kanalı (istismara verilmə tarixi 1960-сı il) — İmişli, Saatlı və Sabirabad rayonlarında 65 min hektar sahəni suvarma suyu ilə təmin edən 34 km uzunluqda kanal.

Haqqında left|313x313px Baş-Muğan kanalı 1960-сı ildə istismara verilmişdir və onun su götürmə mənbəyi Bəhramtəpə hidroqovşağıdır. Kanal vasitəsilə İmişli, Saatlı və Sabirabad rayonlarının 65,0 min hektar əkinə yararlı torpaq sahəsi suvarma suyu ilə təmin olunur. Kanalın uzunluğu 34 km, onun suburaxma qabiliyyəti 60 m³/san-dir. Baş Muğan kanalı Saatlı rayonu ərazisində iki hissəyə ayrılır. Sağ istiqamətdə tikilmiş Mürsəlli kanalının uzunluğu 65,7 km, sərfi isə 20 m³/san-dir. Bu kanal vasitəsilə əkinə yararlı 21 min ha torpaq sahəsi suvarma suyu ilə təmin olunur. Düzünə istiqamətdə tikilmiş Sabir adına kanalın uzunluğu 66,3 km və sərfi isə 30 m³/san-dir. Bu kanal vasitəsilə əkinə yararlı 30,0 min ha torpaq sahəsi suvarma suyu ilə təmin edilir.Ensiklopediya: Meliorasiya və Su təsərrüfatı. Bakı, 2016, s.482 (elektron variantından istifadə edilib) Baş-Muğan kanalı Bəhramtəpə hidroqovşağından başlayan kanalın ölçüləri 2x3,7 m-dir.Ensiklopediya: Meliorasiya və Su təsərrüfatı, s.438 Bol suyu olan kanaldan suvarma məqsədilə istifadə edilir.

Həmçinin bax Samur-Abşeron kanalı Yuxarı Qarabağ kanalı Yuxarı Şirvan kanalı

Xarici keçidlər Caspian Monitoring

İstinadlar

Kateqoriya:Azərbaycan su kanalları Kateqoriya:1960-cı illərdə yarananlar