Abdullazadə Rzaqulu Abdulla oğlu (təxəllüsü Seyfi; 1894-1937) — rejissor, aktyor, teatr xadimi.

Həyatı Rzaqulu Abdullazadə 1910-cu ildən teatr həvəskarları dəstəsində çalışmış, 1919-cu ildə Türkmənistanda Azərbaycan teatr truppasında rejissor və bədii rəhbər olmuş, həmin truppada Hacıbəyovun "O olmasın, bu olsun" və "Arşın mal alan" musiqili komediyalarının, "Ölülər" pyesinin quruluşunu vermiş, baş rollarda çıxış etmişdir. Hacıbəyovun komediyalarının fars dilinə ilk tərcüməçisidir. 1921-ci ildə İrana köçmüş, Tehranda ilk teatrın təşkilində fəal iştirak etmişdir.

İstinadlar

Mənbə Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı: 2008, səh.41.

Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Azərbaycan aktyorları