Əhmədova-Şirinova Sona Həsən qızı () — Azərbaycan xalça ustası, SSRİ Dövlət mükafatı laureatı (1950).

Həyatı 6 avqust 1932-ci ildə Bakıda anadan olmuşdur. 1951–1954-cü illərdə Moskva Bədii-Sənaye Məktəbində oxumuşdur. 1947–1950 və 1954–1966-cı illərdə "Azərxalça" birliyinin Bakı xalça artelində işləmişdir.

Yaradıcılığı Bilavasitə onun iştirakı ilə toxunmuş "İ. V. Stalin" (1949, ölçüsü 70 m²; Azərb. İncəsənət Muzeyi, Bakı) və "V. İ. Lenin" (1957, ölçüsü 75 m²; Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Bakı) xalçaları yüksək bədii keyfiyyətə malikdir.

İstinadlar

Kateqoriya:Xalçaçılar