Gəlinqaya — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun suayrıcında, Havuş kəndindən 3,5 km şimal-şərqdə, Qabaqlıçayın mənbə hissəsində, Salvartı gölünün şərqində dağ (hünd. 2680,0 m). Günvəzvari formadadır. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin terrigen süxurlarından təşkil olunmuş qayalıqdır. Cənub yamacında Üst Tabaşirin terrigen-karbonat süxurları açılır. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən ikincidərəcəli eyniadlı sinklinalın nüvə hissəsində yerləşir.
İstinadlar
Ədəbiyyat Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Həmçinin bax
Kateqoriya:Şərur rayonunun dağları Kateqoriya:Azərbaycanda dağ zirvələri