Ağkilsə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kəndPDF versiyası. // Qərbi Azərbaycanın Türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2.

Tarixi Rayon mərkəzindən 18 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913, s.5 qeyd edilmişdir. 1937-ci ilə kimi Leninakan rayonunun inzibati ərazi bölgüsünə daxil idi.

Kəndin ərazisindəki ağ rəngdə olan kilsəyə görə oykonim Ağkilsə adlandırılmışdır. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7.XII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kraşen qoyulmuşdur.

Əhalisi Kəndin əsas və yerli sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1820-1825-cı illərdə Türkiyənin Qars və Basen bölgələrindən köçürülmüşdürErməni Sovet Ensiklopediyası, V c., İrəvan, 1980, s.675. 1897-ci ildə burada 12 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.40-41. XX əsrin əvvəllərində (1905-1906-cı illərdə) onlar deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

İstinadlar

Kateqoriya:Şörəyel kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri