Mirzə Fərrux xan Qaffari () — İranın ictimai-siyasi xadimi, diplomat.
Həyatı Mirzə Fərrux xan Mirzə Məhəmmədmehdi xan oğlu 1812-ci ildə Kaşan şəhərində anadan olmuşdu. Ünlü Qaffari soyuna mənsubdur. Mükəmməl mədrəsə təhsili almışdı. Əminəddövlə ləqəbi daşıyırdı.
Mirzə Fərrux xan Qaffari Qacarlar dönəmində İranın Fransada vəziri-muxtarı (səfiri) olmuşdu.
Mirzə Fərrux xan Qaffari (1856–1857)-ci illər İran-Böyük Britaniya savaşına görə Londonlu diplomatlarla danışıqlar aparmışdı. İngilis diplomatı Stratford de Redklif ondan İranda İngiltərənin missiyasını genişləndirməsində yardımını xahiş etmiş, Mirzə Fərrux xan ona müəyyən bir cavab verməmişdi.
Mirzə Fərrux xan Qaffari 1871-ci ildə Tehran şəhərində vəfat edib.
Ailəsi Mirzə Fərrux xan Qaffarinin Məhəmmədibrahim xan,Məhəmmədmehdi xan, Məhəmmədhüseyn xan, Məhəmmədhəsən xan adlı oğlanları vardı.
Mənbə Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.
Kateqoriya:İran diplomatları Kateqoriya:Qaffarilər Kateqoriya:İranın Fransadakı səfirləri Kateqoriya:İranın Türkiyədəki səfirləri Kateqoriya:Farslar