Sensualizm (, — hiss) — idrak nəzəriyyəsində istiqamət.
Empirik biliklər hisslər və hissiyyat vasitəsilə ümumiləşdirilir və sistemə salınır. İdraka belə yanaşma fəlsəfədə sensualizm adlanır. Antik dövrdə yaranan bu istiqamət fəlsəfədə XVII–XVIII əsrlərdə daha geniş yayılmağa başladı.
Sensualizm bütün növ biliklərin hiss üzvləri vasitəsilə əldə edilməsi konsepsiyasıdır. Bu konsepsiyaya görə, duyğular, qavrayış və hafizə tək-tək cisim və hadisələr haqqında biliklərin əsasini təşkil edir. İlkin biliklərin fikri əməliyyatın köməyi ilə ümumiləşdirilməsi anlayışların, biliklərin formalaşdırılmasına gətirir.
Əsas nümayəndələri Protaqor Epikür Con Lokk Etyenn Kondilyak
Kateqoriya:İdrak prosesləri Kateqoriya:Epistemoloji nəzəriyyələr Kateqoriya:Empirizm Kateqoriya:Fəlsəfi cərəyanlar Kateqoriya:Fəlsəfi cərəyanlar və məktəblər Kateqoriya:Fəlsəfi anlayışlar