ABŞ iqtisadiyyatının tarixi 16, 17, 18-ci əsrlərdə Şimali Amerikanın kolonizasiyası ilə başlayır. İkinci dərəcəli rol oynayan kolonial iqtisadiyyatlar bir müddət sonra 13 müstəqil fermer iqtisadiyyatlarına çevrilirlər. 1776-cı ildə isə birləşərək Amerika Birləşmiş Ştatlarını yaradırlar. Hal-hazırda ABŞ iqtisadiyyatı nəhəng, sənayeləşmiş, inteqrasiya olunmuş iqtisadiyyata çevrilmişdir. ABŞ iqtisadiyyatı dünya iqtisadiyyatının təxminən 25 faizini təşkil edir. Bu inkişafın əsas səbəbləri böyük vahid bazar, inkişafa təkan verən siyasi-hüquqi sistem, yüksəl məhsuldarlı böyük əkinçilik sahələri, zəngin təbii sərvətlər (xüsusən ağac, kömür, dəmir, və neft), sahibkarlıq ruhu və material və insan resurslarına investisiya yatırımıdır. ABŞ iqtisadiyyatında olan yüksək əmək haqqı milyonlarla miqrantı cəlb edir. ABŞ iqtisadiyyatının inkişafında texnoloji və sənaye amilləri böyük rol oynamışdır.
Kolonizasiyadan əvvəl 1492-ci ildə Xristofor Kolumb İspan bayrağı altında üzərək Asiyaya yol tapmaq əvəzinə "Yeni dünya"nı kəşf edir. Növbəti 100 ildə qızıl, var-dövlət, şan-şöhrət tapmaq və imperiyaçılıq məqsədi ilə ingilis, ispan, portuqal, holland və fransız tədqiqatçıları "Yeni dünya"ya yollanırlar. Ancaq Meksikadan şimalda az şan-şöhrət və qızıl olduğundan onların çoxu buranı tərk edir. Məskunlaşmaq məqsədi ilə insanlar bura bir müddət keçəndən sonra gəldilər. 1565-ci ildə ispanlar Sant-Avqustində kiçik bir qalanın əsasını qoyurlar, ingilislərdən ibarət kiçik bir qrup isə 1607-ci ildə Ceymstaunun əsasını qoymuşdur. Onlar öz aralarında ticarətlə məşğul olurdular. Bu zaman yerli amerikalılar immunitet çatışmazlığından əziyyət çəkirlər. Buna səbəb avropalıların özləri ilə gətirdiyi mikroblardır. Yerli amerikalıların iqtisadi sistemləri, məsələn, irokezlərin iqtisadi sistemi, ovçuluğun, yığıcılığın və fermerçiliyin müxtəlif kombinasiyalarını özlərində cəmləşdirirlər. Avropalıların gəlişi və nəticədə yeni xəstəliklərin yayılması, avropa mallarının axını, avropalılarla işgüzar əlaqələrin əmələ gəlməsi, xəz, at, spirtli içki ticarəti, müharibələr, torpaq itkisi, rezervasiyalarla məhdudlaşdırılma yerli xalqların iqtisadiyyatlarının dəyişməsinə səbəb olmuşdur.Bruce E.Johansen, The Encyclopedia of Native-American Economic History (Yerli Amerika iqtisadiyyatının tarixi) (1999)
Kolonizasiya dövrü thumb|241x241px|Salem, Massaçusetsdə yükdaşıma səhnəsi, 1770-ci il İlk məskunların Amerikaya gəlməklərinin müxtəlif məqsədləri var idi. Massaçusetsdən olan Puritanlar "Yeni İngiltərə"də yeni pak din yaratmaq istəyirdilər. Digər koloniyalar, məsələn, Virciniya, sırf biznes məqsədləri ilə yaranmışdı. Gələcəkdə ABŞ-yə çevriləcək ingilis koloniyaların uğurlu olmasının əsas səbəbi burada çarter şirkətlərinin mövcud olmasındadır. Çarter şirkətləri aksionerlərdən (adətən tacirlər və varlı torpaq sahibləri) ibarət qruplardır. Onlar adətən öz maraqlarını güdürlər və olsun ki, İngiltərənin milli maraqlarını da həyata keçirtməyə çalışırdılar. Özəl sektorun belə şirkətləri maliyyələşdirməsi ilə yanaşı, kral da onları iqtisadi haqlarla, siyasi və məhkəmə hakimiyyətinin müstəqilliyi ilə təltif edirdi. Koloniyalar, adətən, tez mənfəət gətirmirdilər. Bu səbəbdən ingilis investorlar öz kolonial çarterlərini məskunlara çevirirdilər. Siyasi nəticələr vaxtında həll olunmadığından ağır idi. Kolonistlər özləri tək başına öz həyatlarını, cəmiyyətlərini, iqtisadiyyatlarını qurmalı idilər.
Koloniyalar boyunca insanlar kiçik fermalarda yaşayırdılar və maddi cəhətdən müstəqil idilər. Bir neçə kiçik şəhərlərdə və Cənubi Karolina ilə Virciniyanın geniş plantasiyalarında bəzi zəruri mallar və dəbdəbəli əşyalar idxal olunurdu. Əvəzində buradan tütün, düyü və indiqo ixrac olunur.Edwin J. Perkins, The Economy of Colonial America (Kolonial Amerikanın iqtisadiyyatı) (2-ci çap 1988)
Un üyüdən dəyirman və ağac emalı müəssisəsi kimi kiçik lokal sənaye obyektləri koloniyaların inkişaf etməsi ilə əmələ gəlirlər. Sahibkarlar balıqçı və ticarət gəmiləri düzəltmək üçün limanlar və dəmirçixanalar tikirlər. 18-ci əsrdə ayrı-ayrı regionların iqtisadi nöqteyi nəzərdən rolu aydınlaşmağa başladı. Belə ki, Yeni İngiltərə gəmiqayırmaya və dənizçiliyə üstünlük verirdi; Meriləndin, Virciniyanın və Karolinanın plantasiyaları tütün, düyü və indiqo yetişdirirdilər (çoxsu qul gücündən istifadə edərək); Nyu-York, Pensilvaniya, Nyu-Cersi və Delaver kimi koloniyalar isə kənd təsərrüfatı və xəz malları ilə məşğul olurdular. Qullar istisna olmaqla ümumən yaşayış səviyyəsi yüksək idi, hətta İngiltərənin özündən də yüksək.Jack P. Greene and J. R. Pole, A Companion to the American Revolution (Amerika inqilabına kompanyon) (2004) Fəsil 7
Yeni İngiltərə Yeni İngiltərənin iqtisadiyyatı bütün kolonial dövr ərzində stabil olaraq inkişaf edirdi. Buna hətta ixrac oluna biləcək kənd təsərrüfatı malının olmamasıda əngəl yaratmırdı. Bütün provinsiyalar və çox şəhərlər iqtisadiyyatın inkişafını infrastruktur layihələrini subsidiyalaşdırmaqla təmin etmək istəyirdilər. Məsələn, yeni yollar salmaqla, körpülər, mehmanxanalar və bərələr tikməklə. Onlar ağac emalı müəssisələrinə, un üyüdən dəyirmanlara, polad əridən müəssisələrə, parça emal edən müəssisələrə, duz və şüşə istehsalı ilə məşğul olan müəssisələrə subsidiyalar, mükafatlar verirdilər. Onlara monopolist statusları verirdilər. Ən əsası koloniyaların qanunvericiliyi biznes üçün əlverişli şərait yaratmışdı. Koloniyaların hüquqi sistemi münaqişələri müzakirə etməklə yoluna qoymağa imkan yaradırdı, müqavilələrin şərtlərini icra etməyə məcbur edirdi, mülkiyyət hüququnu qoruyurdu. Bu regionu əzimkarlıq və sahibkarlıq səciyyələndirirdi. Buna səbəb həmçinin "Protestant əmək etikası"nın tələbləri idi. Protestantlıq insanlardan çox işləməyi tələb edir, çünki bu onların ilahi çağırışıdır.Margaret Alan Newell, "The Birth of New England in the Atlantic Economy: From its Beginning to 1770, in Peter Temin, ed., Engines of Enterprise: An Economic History of New England(Harvard UP, 2000), səhifə 11–68, özəlliklə səhifə 41
İnkişafın faydaları Yeni İngiltərədə geniş yayılmaqda idi. Bu faydaları tacirlər, fermerlər, muzdlu işçilər öz üzərində hiss edirdi. Əhalinin sayının sürətlə artması yaxşı ferma torpaqlarının çatışmazlığına səbəb olur. Bunun nəticəsində yeni ailələrin qurulması ləngiyir və insanlar uzaq qərbə üz tuturlar. Şəhərlərdə güclü sahibkarlıq var idi və işçilərin ixtisaslaşmasında davamlı artım var idi. Kişilərin əmək haqqları 1775-ci ilə kimi davamlı olaraq artırdı. Qadınlar üçün yeni peşələr peyda olurdu: toxuculuq, müəllimlik, dərzilik. Bu region Yeni Fransa ilə sərhəddə yerləşdiyindən çoxsaylı müharibələr zamanı britaniyalılar sursat almaq, yollar salmaq üçün və kolonial əsgərlər üçün pul xərcliyirdilər. Sahildə yerləşən limanlar balıqçılıqda beynəlxalq ticarətdə və gəmiqayırmada ixtisaslaşmağa başladılar, 1780-ci ildən sonra isə balina ovunda. Kənd təsərrüfatı malları üçün genişlənən şəhər bazarının olması ilə birlikdə bu faktorlar iqtisadiyyatın inkişafına səbəb olurdu. Buna hətta texnoloji innovasiyaların olmamasıda mane ola bilmirdi.Gloria L. Main and Jackson T. Main, "The Red Queen in New England?," William and Mary Quarterly, Yanvar 1999, Tom 56, 1-ci nəşr, səhifə 121–50
Amerika inqilabı 13 koloniyada yaşayan amerikalılar Britaniyadan ingilislərin malik olduğu haqqları özlərinə də tələb etməyə başladılar. Onlar ödədikləri vergilər əvəzinə uzaq britaniya parlamentinə öz nümayəndələrini göndərmək istəyirdilər. Amerikalılar Britaniyada istehsal olunan malları boykot etməklə müqavimət göstərməyə cəhd edirlər. Əvəzində Britaniya "Amerika haqqları"nı ləğv edir və 1774-cü ildə 5 "dözülməz qanun" qəbul edir.Merrill Jensen, The Founding of a Nation: A History of the American Revolution, 1763–1776(2008) Əvəzində amerikalılar inqilab edirlər. Bunun nəticəsində müharibə başlayır və Amerika Birləşmiş Ştatları yaranır. Britaniya amerikalıların limanlarını blokadaya almaqla iqtisadiyyatlarını çökdürmək istəyirdi. Lakin amerikalıların 90 faizi fermalarda və yalnız 10 faizi şəhərlərdə yaşayırdı. Buna görə amerika iqtisadiyyatı möhkəm idi və 1775-ci ildən 1783-cü ilə kimi davam edən uzun müharibəyə dəstək ola bilirdi.Greene and Pole, A Companion to the American Revolution (2004) hissə 42, 48
Amerika inqilabı ayrılmaz insan haqlarını doğurdu. Yaşamaq, azadlıq, xoşbəxt olmaq üçün çalışmaq haqqını. Bu haqlar həm şəxsi, həm də iqtisadi müstəqillik verirdi, liberalizmin və respublikanizmin siyasi dəyərlərindən istifadə etmək üçün şərait yaradırdı, insanın təbii haqqlarını təsdiqləyirdi, hər kəsin qanun qarşısında bərabər olduğunu təsdiqləyirdi, vətəndaş borcu və ləyaqəti anlayışlarını yeridirdi, ümumi rifahın yaxşılaşması məqsədini vurğulayırdı. thumb|335x335px|İnqilab dövrünə aid karikatura. ABŞ inəyin buynuzlarını kəsir (ABŞ-nin Britaniyanın nəzarətindən çıxmağını göstərir). Dərdli ingilis isə digər avropadan olan qüvvələrin süd toplamaq üçün sıraya düzülməyini seyr edir. Karikatura inqilab dövründə ABŞ-nin ticarət statusunu simvolizə edir Britaniyanın amerikalılara, fransızlara və ispanlara qarşı müharibəsi Britaniyaya təxminən 100 milyon funta başa gəldi. Xəzinə lazım olan pulun 40 faizini borc alır, qalan hissəsini isə vergilər hesabına yığır.Paul Kennedy, The Rise and Fall of the Great Powers (1987) səhifə 81, 119John Brewer, The sinews of power: war, money, and the English state, 1688–1783 (1990) səhifə 91 Böyük xərclər Fransanın müflisliyinə və fransız inqilabına səbəb olur.
Konqres və Amerika ştatları üçün müharibəni maliyələşdirmək çətin idi.Curtis P. Nettels, The Emergence of a National Economy, 1775–1815 (1962) səhifə 23–44 1775-ci ildə koloniyalarda qızılnan 12 milyon dollardan çox maliyyə vəsaiti yox idi. Bu isə heç hazırkı əməliyyatları maliyyələşdirməyə imkan vermirdi, müharibəni maliyyələşdirməkdən söhbət belə gedə bilməzdi.
Vəziyyəti britaniyalılar daha da ağırlaşdırırlar. Onlar bütün amerika limanlarını blokadaya alaraq malların ixracını və idxalını mümkünsüz edirlər. Vəziyyətdən çıxış yolu könüllülərin köməyi və vətənpərvər vətəndaşların ianəsi idi. Vəziyyətdən digər çıxış yolu isə hazırkı ödənişləri gecikdirməkdə, əsgərlərə və sursatla təmin edənlərə dəyərdən düşmüş valyuta ilə ödəniş etməkdə və müharibədən sonra vəziyyətin yaxşı olacağını vəd etməkdə idi. Həqiqətən, 1783-cü ildə əsgər və zabitlərə müharibə dövründə etdikləri xidmətə görə torpaq sahələri verilmişdir. 1781-ci ildə Riçard Morrisin maliyyə superintendantı vəzifəsinə gəlməsi ilə maliyyə məsələlərində güclü lider peyda olur. Morris 1782-ci ildə Fransanın verdiyi borcu özəl "Şimali Amerika Bankı"nı yaratmaq üçün xərcləyir. Bu bank müharibəni maliyyələşdirməklə məşğul olurdu. Morris prezidentin təminatına xərclənilən məbləği azaldır, müqavilələri icra etmək üçün rəqabətli hərraclar təşkil edir, hesablama əməliyyatları üzərində nəzarəti gücləndirir və ştatlardan federal hökumətin pul payını və sursat tələb edirdi.Charles Rappleye, Robert Morris: Financier of the American Revolution (2010) səhifə 225–52