Nu, poqodi! () və ya Düşərsən, əlimə — Sovet və Rusiya cizgi serialı. Cizgi serialının pilot bölümü 1969-cu ildə rejissor Gennadi Sokolski tərəfindən çəkildi, elə həmin ildə əsas cizgi serialının ilk nəşri işıq üzünü gördü. Süjetin əsasını Canavarın Dovşanı yemək ümidi ilə etdiyi davamlı uğursuz axtarışı təşkil edir. Sonda dovşan istənilən vəziyyətdən salamat çıxır, Canavar isə "Düşərsən, əlimə!" deyir və ya qışqırır.

Səsi və görünüşünə görə bəzi insanlar Dovşanı dişi hesab edir. Amma əslində o erkəkdir.

Canavar həmişə siqaret çəkən, zəifləri incidən, qanunlara biganə olaraq təsvir olunur. Canavarın böyük cüssəsi ilə balaca dovşanın öhdəsindən gələ bilməməsi gülüş yaradır.

Cizgi filminə əsaslanan oyunlar 1984-cü ildə serialın personajları "Düşərsən, əlimə!" elektron cib oyununa yerləşdirildi. 2002-ci ildən 2010-cu ilədək "1C-SoftKlab" şirkəti "Düşərsən, əlimə!" adlı bir sıra kompüter oyunlarını buraxdı: Düşərsən, əlimə! Buraxılış 1 — Təqib (2002) Düşərsən, əlimə! Buraxılış 2 — Çoxlu məbləğ (2002) Düşərsən, əlimə! Buraxılış 3 — Dovşan üçün mahnı (2003) Düşərsən, əlimə! Buraxılış 4 — Qaçdı-tutdu (2005) Düşərsən, əlimə! Buraxılış 5 — Dovşanın izləri ilə (2010)

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Cizgi serialları Kateqoriya:1 yanvardakı hadisələr Kateqoriya:Animasiya serialları Kateqoriya:Uşaq teleserialları Kateqoriya:Rusiya filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:Rusiya teleserialları