thumb|Elbit Hermes 450
Pilotsuz uçuş aparatı (PUA) ( ; insansız hava aparatı), çox vaxt qısaca dron () kimi qeyd edilir — bortunda pilotu, heyəti və ya sərnişini olmayan uçuş aparatıdır. PUA-lara avtopilot sistemi, bort kompüteri, kommunikasiya sistemi, mürəkkəb sensor kompleksi və müxtəlif növ faydalı yüklər quraşdırılır. Eyni zamanda bəzi PUA modelləri silahla təmin olunur. Əksər PUA-lar kəşfiyyat, müşahidə və digər hərbi məqsədlər daşısa da, açıq mənbəli avtopilot sistemlərinin inkişafı PUA-ların şirkətlər və həvəskarlar tərəfindən istifadəsinə mühit yaradıb.
Etimologiya İngilis dilində işlənən Unmanned Aerial Vehicle hərfi tərcümədə İnsansız Hava Aparatı deməkdir. Lakin, Azərbaycan dilində daha çox işlənən Pilotsuz Uçuş Aparatı ifadəsi Rus dilindəki Беспилотный Летательный Аппарат termininin hərfi tərcüməsidir.
Təsnifat PUA-ları gövdə-motor konfiqurasiyasına və faydalı yükünə görə müxtəlif qruplara ayırmaq olar.
Gövdə-Motor konfiqurasiyası
Dirijabl Avtojir Hava şarı Kopter (Multikopter, Helikopter) Sabit qanad (və ya Planer) Şaquli enmə-qalxma
Faydalı yük
Müşahidə kameraları Xəritələmə kameraları Qripperlər Çiləyici avadanlıqlar Partlayıcı maddələr
Həmçinin bax Sarad DJI Mobin
İstinadlar
Xarici keçidlər Elgün Tağızadə. QISA MƏNZİLLİ PİLOTSUZ UÇUŞ APARATLARINA QARŞI YÖNLƏNDİRİLMİŞ ENERJİ SİLAHLARI: MÜHARİBƏ DİNAMİKASININ VƏ BEYNƏLXALQ TƏHLÜKƏSİZLİYİN DƏYİŞƏN PARADİQMASI. Journal of “HISTORY OF SCIENCE” (ISSN: 2790-0029), 2026, Cild 7, Say 1, Sıra 24. ss.314-363
Kateqoriya:Pilotsuz uçuş aparatları Kateqoriya:Robototexnika Kateqoriya:İnteqrasiya edilmiş sistemlər Kateqoriya:Yeni texnologiyalar Kateqoriya:Simsiz