İnterpol — Beynəlxalq Cinayət Polisi Təşkilatı (ICPO- International Criminal Police Organization, Interpol)-1923-cü ildə Vyanada beynəlxalq cinayət polisi komissiyası kimi təşkil olunmuş idarə. Qüvvədə olan Nizamnaməsi 1956-cı ildə qəbul edilmişdir. İnterpolun üzvü olan ölkələrdə Milli mərkəzi bürolar yaradılır. İnterpolun fəaliyyəti, əsasən, həddi-büluğa çatmamışların cinayətkarlığı, narkotik maddələrlə kontrabanda və onların qeyri-tibbi istifadəsi ilə, qəlp pulkəsmə və qiymətli kağızları saxtalaşdırma ilə, daxili və xarici mülki aviasiya xətlərində banditizm ilə mübarizəyə yönəldilmişdir. Hazırda 190 ölkənin üzvlüyü var. Daimi iqəmətkahı Fransanın Lyon şəhərindədir. Azərbaycan 04 noyabr 1992-ci ildən İnterpol üzvüdür.
İstinadlar
Xarici keçidlər Rəsmi sayti
Kateqoriya:Beynəlxalq təşkilatlar Kateqoriya:7 sentyabrda yarananlar Kateqoriya:1923-cü ildə yarananlar Kateqoriya:İnterpol