Banska Bistritsa diyarı () — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Banska Bistritsa şəhəridir. Sahəsi 9454 km², əhalisi isə 661 343 nəfər (2001) təşkil edir.
Banska Bistritsa diyarı Slovakiyanın mərkəzində yerləşir. Diyar Slovakiyanın Nitra, Trençin, Jilina, Preşov və Koşitse diyarları ilə, Macarıstan isə Peşt, Noqrad və Borşod Abauy Zemplen medyeləri ilə həmsərhəddir.
İnzibati bölünmə Banska Bistritsa diyarı "okres" adlanan 13 rayona bölünür: Banska Bistritsa rayonu Banska Ştyavnitsa rayonu Brezno rayonu Detva rayonu Krupina rayonu Luçenets rayonu Poltar rayonu Revutsa rayonu Rimavska Sobota rayonu Velki Krtiş rayonu Zvolen rayonu Jarnovitsa rayonu Jyar nad Hronom rayonu
Statistik məlumatlar (2001) Əhalinin etnik mənsubiyyəti slovaklar 83,7 % macarlar 11,7 % qaraçılar 2,3 % digərləri 2,3 % Əhalinin konfessional mənsubiyyəti katoliklər 62,4 % reformatorlar 1,8 % lüteranlar 13,0 % ateistlər 16,8 %
Qalereya
İstinadlar
Xarici keçidlər
Diyarın rəsmi saytı
Həmçinin bax
Kateqoriya:Slovakiya diyarları Kateqoriya:Banska Bistritsa diyarı Kateqoriya:Avropa regionları Kateqoriya:1996-cı ildə yaranmış dövlətlər və ərazilər