Hakan Fidan () — Türk əsgəri, diplomat və dövlət xadimi, 2023-cü ildən Türkiyənin Xarici işlər naziri. O, hazırkı vəzifəsinə başlamazdan əvvəl 2010-2023-cü illərdə Milli Kəşfiyyat Təşkilatının rəhbəri vəzifəsində çalışıb. Hakan Fidanın İsmət İnönündən sonra 101 ildə, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinə rəhbərlik edən ikinci hərbi keçmişi olub.
Əvvəllər xarici siyasət və təhlükəsizlik sahələrində müxtəlif vəzifələrdə çalışmış Hakan Fidan Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri, Baş Nazirlikdə xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşavirin müavini, Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurasının üzvü, Baş nazirin xüsusi nümayəndəsi, Milli Təhlükəsizlik Təşkilatının (Millî İstihbarat Teşkilatı (MİT)) xüsusi nümayəndəsi və Kəşfiyyat İdarəsinin müşaviri vəzifələrində çalışıb.
thumb|Soldan sağa: Mövlud Çavuşoğlu, Rəcəb Tayyib Ərdoğan, Hulusi Akar, Hakan Fidan ve İbrahim Qalın Rusiya nümayəndə heyəti ilə görüş zamanı (yanvar, 2020).
İlk illəri və təhsili 17 iyul 1968-ci ildə Ankaranın Altındağ mahalının Hamamönü məhəlləsində anadan olub."Dışişleri Bakanı: Hakan Fidan". T.C. Dışişleri Bakanlığı. O, 1986-2001-ci illərdə Türkiyə Silahlı Qüvvələrində unter-zabit (astsubay) kimi xidmət edib. Bu müddətdə İnformasiya sistemləri, Rabitə, Elektronika Məktəbi və Tədris Mərkəzində təhsil alıb."Milli İstihbarat Teşkilatı - Görev Yapmış Müsteşarlar". Millî İstihbarat Teşkilatı. Könüllü olaraq ordudan getdikdən sonra ABŞ-ın Merilend Universitet Kollecində İdarəetmə və Siyasi elmlər üzrə bakalavr dərəcəsi alıb.
Bilkent Universitetində "Xarici Siyasətdə Kəşfiyyatın Yeri" adlı tezislə magistr dərəcəsini, 2006-cı ildə isə "İnformasiya Çağında Diplomatiya: Müqavilələrin Doğrulanmasında İnformasiya Texnologiyalarının İstifadəsi" adlı dissertasiya işi ilə doktorluq dərəcəsini tamamlayıb və "Doktor" adını qazanıb. Fidan, Hakan (Eylül 2006). "Bilgi Çağında Diplomasi: Antlaşmaların Doğrulanmasında Enformasyon Teknolojilerinin Kullanımı" . Bilkent Üniversitesi"Intelligence and Foreign Policy: A Comparison of British, American and Turkish Intelligence Systems" Elmi rəhbəri Hakan Fidanı dünya hadisələrini yaxından izləyən analitik və açıq fikirli bir ziyalı kimi xarakterizə edib.Erdoğan 'sır küpüm' deyince Hakan Fidan milletvekili adaylığından vazgeçmek zorunda kalmıştı
Daha sonra Vyanadakı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyində, Cenevrədəki Birləşmiş Millətlər Təşkilatının Silahsızlanma İnstitutu və Londondakı Verification Technologies Araşdırma Mərkəzi kimi institutlarda akademik tədqiqatlar aparmışdır. Həmçinin Hacettepe Universiteti və Bilkənd Universitetində dərs deyib.MİT'te atama". Sabah
Hərbi karyerası Hakan Fidan Türkiyə Silahlı Qüvvələrinə (TSQ) 1986-cı ildə unter-zabit (astsubay) kimi daxil olub. Rabitə və kəşfiyyat sahələrində ixtisaslaşaraq, Rabitə kəşfiyyatında Türkiyə Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə çalışıb. O, hərbi karyerasının əhəmiyyətli bir hissəsini beynəlxalq təyinatlarda keçirib. NATO-nun Çevik Hərəkat Korpusunda xidmət etmək üçün bir müddət Almaniyaya göndərilən Hakan Fidan üç illik beynəlxalq təcrübə qazanıb. Bu NATO təyinatı zamanı o, həm də universitet təhsilini başa vuraraq akademik karyerasını davam etdirir."Milli İstihbarat'tan Dışişleri'ne: Erdoğan'ın 'sır kutusu' Hakan Fidan kimdir?".
Türkiyə Silahlı Qüvvələrində xidməti boyu nizam-intizam və müvəffəqiyyət nümayiş etdirən Hakan Fidan 15 illik məcburi xidmətini başa vurduqdan sonra 2001-ci ildə öz xahişi ilə TSQ-dən təqaüdə çıxıb. Onun hərbi karyerası zamanı göstərdiyi ləyaqət onun 2000-ci ildə Orduya Yardım Təşkilatı (OYAK) Baş Assambleyasına seçilməsinə səbəb olub.
Peşəkar karyerası Akademik və Dövlət vəzifələri Hərbidən ayrıldıqdan sonra Hakan Fidan mülki həyata keçdi və həm akademik, həm də dövlət işlərində sürətli irəliləyiş əldə etdi. 2001-2003-cü illərdə Avstraliya səfirliyində baş siyasi və iqtisadi müşavir vəzifəsində çalışıb. Bu dövrdə o, akademik işlərinə də diqqət yetirir və məzun olduğu Hacettepe Universitetində və Bilkent Universitetində bir müddət Beynəlxalq əlaqələr üzrə dərs deyirdi.Dışişleri Bakanı Hakan FİDAN T.C. Dışişleri Bakanlığı Avrupa Birliği Başkanlığı O, Vyanadakı Beynəlxalq Atom Enerjisi Agentliyi və Cenevrədəki BMT-nın Silahsızlanma üzrə Tədqiqat İnstitutu (UNIDIR) və Londonda yerləşən VERTIC Beyin mərkəzi kimi təşkilatlarla əməkdaşlıq edərək nüvə yoxlaması və tərksilah məsələləri üzərində işlərdə çalışmışdır.
2003-cü ildə Hakan Fidan Baş Nazirliyə tabe olan Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TƏKA) prezidenti vəzifəsinə təyin edilib və 2007-ci ilə qədər bu vəzifəni icra edib. O, TƏKA-nın sədri olduğu müddətdə Türkiyənin xarici yardım və inkişaf layihələrini idarə edib: Afrika, Yaxın Şərq, Mərkəzi Asiya, Qafqaz və Balkanların çoxsaylı ölkələrinə səfər edərək Türkiyənin inkişaf diplomatiyasını effektiv şəkildə həyata keçirmişdir.
2007-ci ilin noyabrında Baş nazir Rəcəb Tayyib Ərdoğan Hakan Fidanı Xarici Siyasət və Beynəlxalq Təhlükəsizlik nazirinin müavini təyin etdi. Ərdoğanı xarici səfərlərində müşayiət edən nümayəndə heyətinin əsas üzvü kimi Hakan Fidan faktiki olaraq Baş nazir və Xarici İşlər Nazirliyi arasında əlaqələrə cavabdeh idir.
Karyerasında sürətlə yüksələn Hakan Fidan 2008-ci ilin noyabrında Türkiyəni təmsil edərək Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurasının üzvü seçilmişdir. Nüvə təhlükəsizliyi və diplomatiya sahəsindəki təcrübəsi sayəsində 2010-cu ildə Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində Türkiyəni təmsil etmişdir. O, həmçinin 2008-2011-ci illər arasında Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universitetinin Qəyyumlar Şurasının üzvü olub, akademik və mədəni əməkdaşlıq səylərinə töhfə verib.
Milli Kəşviyyat Təşkilatının rəhbəri Hakan Fidan 15 aprel 2010-cu ildə Milli Kəşfiyyat Təşkilatının (MKT) müşaviri vəzifəsinə təyin edilib. 42 yaşında bu vəzifəyə təyin olunduqda Türkiyə Cümhuriyyəti tarixində Milli Kəşfiyyat Təşkilatının ən gənc müşaviri oldu."Portre: Hakan Fidan" Hakan Fidanın təyin olunması ilə "MKT-da yeni dövr" adlandırılan dəyişikliklər, xüsusilə də xarici və daxili kəşfiyyat sisteminin yenidən təşkili başlandı.
Hakan Fidan 2023-cü ilin iyun ayına qədər davamlı olaraq Milli Kəşfiyyat Təşkilatının rəhbəri vəzifəsində çalışmış, və bu 13 il ərzində qurum daxilində əhəmiyyətli struktur dəyişiklikləri həyata keçirmişdir. "Cumhurbaşkanı Erdoğan'dan Fidan'a Üstün Hizmet Madalyası".
Siyasi karyerası Millət vəkili namizədliyi Hakan Fidan 10 fevral 2015-ci il tarixində Ədalət və İnkişaf Partiyasından Millət vəkili namizəd olmaq üçün vəzifəsindən istefa etdi."MİT Müsteşarı Fidan istifa etti" Lakin 9 mart 2015-ci ildə o, yazılı bəyanatla öz namizədliyini geri çəkdiHakan Fidan adaylığını geri çekti və 2015-ci il martın 10-da vəzifəsinə döndü.Hakan Fidan görevine döndü
Xarici İşlər Nazirliyi Hakan Fidan 4 iyun 2023-cü ildə prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə yaradılmış 67-ci Türkiyə hökumətinin kabinetində yeni Xarici İşlər naziri təyin olundu."67. Türkiye Hükûmeti kabine listesi"
9 avqust 2023-cü ildə Milli Təhlükəsizlik Şurasının iclasından sonra Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Milli Kəşfiyyat Təşkilatında 13 illik fəaliyyətinə görə Türkiyə Respublikasının Dövlət medalı ilə təltif olunub."Milli Təhlükəsizlik Şurasının bəyanatı açıqlandı: Qəbul edilən qərarlar budur" "MGK'da dikkat çeken anlar! Erdoğan'dan Hakan Fidan'a üstün hizmet madalyası".
Şəxsi həyatı Hakan Fidan Nuran Fidanla evlidir, 3 övladı var. "İşte Hakan Fidan'ın sır dolu yaşamı".
İstinadlar
Xarici keçidlər Hakan Fidan'ın Resmi YouTube Kanalı Minister of Foreign Affairs of the Republic of Türkiye
Kateqoriya:Bilkent Universitetinin müəllimləri Kateqoriya:Milli Kəşfiyyat Təşkilatının rəhbərləri Kateqoriya:Türkiyənin xarici işlər nazirləri Kateqoriya:Milli Kəşfiyyat Təşkilatının rəhbərləri Kateqoriya:Türkiyənin xarici işlər nazirləri