Vikidata və ya Vikiverilənlər () — Vikimedia Fondu tərəfindən idarə olunan və viki-səhifələrdə toplanmış verilənlərin mərkəzləşdirilmiş mühafizəsini təmin edən layihə. Bu verilənlərə misal olaraq intervikiləri, statistik məlumatları (məsələn, doğum tarixi, əhalinin sayı və s.) göstərmək olar.

Layihə rəsmi olaraq 30 oktyabr 2012-ci ildə istifadəyə verilmişdir. Layihə strukturuna və səhifələrin yaradılması texnologiyasına görə "Wikimedia Commons" layihəsinə bənzəyir. Vikiverilənlər bazasına müxtəlif dillərdə informasiya daxil etmək mümkündür.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Vikimedia Kateqoriya:Vikidata Kateqoriya:Vikimedia layihələri Kateqoriya:Onlayn verilənlər bazaları Kateqoriya:Creative Commons lisenziyalı veb-saytlar