Huari Bumedyen () — Əlcəzair siyasi, dövlət və hərbi xadimi, polkovnik (1957).
Zitun(Tunis) və əl-Əzhər (Misir) universitetlərində təhsil almış , Qahirədə ərəb dili müəllimi olmuşdur. 1955-ci ildə gizli surətdə Əlcəzairə qayıtmış və Əlcəzair xalqının Fransa müstəmləkəçilərinə qarşı silahlı mübarizəsinə qoşulmuşdur. 1958-ci ildə Oran əyalətində üsyançı hissələrin komandanı təyin edilmişdir. 1960–62-ci illərdə Əlcəzair İnqilabi Milli Şurasının üzvü və Milli Azadlıq Ordusu Baş Qərərgahının rəisi olmuşdur. 1962-ci ilin sentyabrından Əlcəzair xalq demokratik respublikasının milli müdafiə naziri,1963–65-ci illərdə həm də Nazirlər Şurası sədrinin birinci müavini olmuşdur. 1965-ci il iyunun 19-dan isə İnqilab Şurasının sədri olmuşdur. 1976-cı il dekabrın 11-də prezident seçilmişdir.
İstinadlar
Kateqoriya:Əlcəzair siyasətçiləri Kateqoriya:Əlcəzair Prezidenti Kateqoriya:Limfomadan ölənlər