Əmr ibn Əs (; ) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmmədin səhabələrindən biri. Misir valisi.
Həyatı Əmr ibn Əs Məkkə şəhərində doğulmuşdur. Məkkənin müsəlmanlar tərəfindən tutulmasından 6 ay əvvəl, 629-cu ildə İslam dinini qəbul edərək, müsəlman olmuşdur.
Məhəmməd onu Zətüs-Səlasil səriyyəsində orduya komandan təyin etmişdir. Döyüşü qalibiyyətlə başa vurmuşdur.
Misirin müsəlmanlar tərəfindən tutulmasına rəhbərlik etmişdir. 640-cı ildə o zaman xəlifə olan Ömər ibn Xəttab tərəfindən Misir valisi təyin edilmişdir.
657-ci ilin may-iyun aylarında o zamanlar xəlifə olan Əli ilə o zamanlar faktiki Şam valisi olan I Muaviyə arasında baş verən Siffeyn döyüşündə I Muaviyə tərəfdə savaşmışdır. Hakim hadisəsində I Muaviyənin nümayəndəsi kimi iştirak etmiş və I Muaviyəni xəlifə təyin etdiyini açıqlamışdır.
658-ci ildə Şamda xəlifəliyini elan etmiş I Muaviyə tərəfindən yenidən faktiki Misir valisi təyin olunmuşdur. Hicri 43-cü ildə vəfat etmişdir.
Mənbə Altay Cəmil, "Rəbbim Allahdır" deyənlər, Bakı, Şərq-Qərb, 2009, səh. 126–127 Muhammad ibn Jarir al-Tabari: Tarih ar-Rusul ve el Muluk (ed. Ehsan Yar-Shater çev. David Stephan Powers) (1989–2007) The History of al-Ţabarī 40 Cilt, Albany: State University of New York Press ISBN 0-88706-563-5 (Cilt 24) La Chronique Volume II, Mohammed le sceau des prophètes, Actes-Sud. ISBN 2-7427-3318-3
İstinadlar
Həmçinin bax Qureyş Kateqoriya:Səhabələr Kateqoriya:İslam tarixi Kateqoriya:Əməvi sərkərdələri Kateqoriya:İslamı qəbul edənlər Kateqoriya:Qureyş Kateqoriya:Məkkəlilər Kateqoriya:Orta əsrlər hərbçiləri Kateqoriya:Raşidi xilafətinin valiləri Kateqoriya:VI əsr ərəbləri