Santisima Trinidad ( — “Ən Müqəddəs Üçlük”) irland Metzu Mullanın lahizəsi əsasında Havana tərsanəsində 1769-cu ildə tikilmiş üçdorlu, üçgoyərtəli, I ranq xətt gəmisi.

Gəmi gövdəsi və göyərtəsi tam şəkildə Kubada olan qırmızı ağacdan, dorları isə Meksika küknarından hazırlanmışdır. Gəmi 1769 cu ildə suya salınmışdır.

ABŞ İstiqlal müharibəsində Santisima Trinidad gəmisi La Manş boğazına ingilisləri qorxutmaq məqsədilə göndərilmişdir. Alçaq manevrlilik qabiliyyətinə görə ona “ağırçəkili” () ləqəbi dəerilmişdir. 1795 ci ildə yenidən qurularaq dördgöyərtəlizə çevrilən gəminin artilleriya sayə 144 ədədə çatdırılır. Bu qədər mükənməl sursata baxmayaraq iki il sonra Sent Vinsent döyüşündə az qala əsir düşmüşdür.

Trafalqar döyüşündə ağır zədə almağa baxmayaraq suyun üzündə qalsa da döyüşdən sonra gecə qopan tufandan sonra digər zədəli gəmilər kimi batmışdır.

İstinadlar

Kateqoriya:Yelkənli gəmilər Kateqoriya:İspaniya gəmiləri Kateqoriya:Dördgöyərtəlilər Kateqoriya:Üçdorlular