Ədalət İdris oğlu Abdinov () — Azərbaycan Sosialist Hərəkatının sədri, jurnalist.

Həyatı Ədalət Abdinov 1958-ci il oktyabrın 16-da Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdur. 1976-cı ildə Bədəlan kənd orta məktəbini bitirmiş və həmin kənddəki çay fabrikində fəhlə işləmişdir.

1976–1978-ci illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş və həmin müddət ərzində ozamankı Almaniya Demokratik Respublikası ərazisində yerləşmiş sovet ordusu hərbi komedantlıqlarından birində mütərcimlik etmişdir. 1978–1979-cu illərdə Bədəlan çay fabrikində əmək fəaliyyətini davam etdirmişdir.

21 fevral 1979-cu ildə SSRİ Həmkarlar İttifaqına üzv olmuşdur.

1979-cu ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) dövlət ödənişli hazırlıq şöbəsinə qəbul olunmuş, 1985-ci ildə həmin universiteti kitabxanaşünaslıq və biblioqrafiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti rektorluğu, partiya, komsomol və həmkarlar komitəsinin orqanı olan "Lenin tərbiyəsi uğrunda" qəzeti redaksiyasının göndərişi ilə 1983–1985-ci tədris illərində Azərbaycan Jurnalistlər İttifaqının Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir.

İctimai fəaliyyəti 17 fevral 1984-cü ildə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul olunmuşdur. 29 oktyabr 1985-ci ildən 7 fevral 1986-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-pedaqoji kitabxanasinda redaktor işləmiışdir. 17 may 1986 – 18 iyul 1987-ci illərdə Bakı Plan-Ucot Texnikumunda kitabxana müdiri işləmişdir. 20 iyul 1987-ci ildən Abşeron Rayon Partiya Komitəsinin orqanı olan "Abşeron" qəzeti redaksiyasında ədəbi işci- müxbir, 7 iyul 1989-cu ildən kənd təsərrüfatı şöbəsinin müdiri, 15 fevral 1991-ci ildən məsul katib vəzifəsində işləmişdir. 14 mart 1991-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasının orqanı olan "Ülfət" qəzeti redaksiyasına xüsusi müxbir təyin edilmiş və həmin qəzetin ilk nömrəsinin nəşrində iştirak etmişdir. 3 iyun 1991-ci ildən Azəraycan Respublikası Təhsil Nazirliyinin orqanı olan "Gənc fəhlə" jurnalı redaksiyasında redaksiya heyətinin mütəxəsisi, 26 iyul 1991-ci ildən məsul katib vəzifəsində işləmişdir. 15 iyun 1992-ci ildən Azərbaycan Respublikasi Nazirlər Kabinetinin orqanı olan "İqtisadiyyat və həyat" jurnalı redaksiyasına xüsusi müxbir, 1 iyul 1992-ci ildən şöbə redaktoru vəzifəsində calışmşdır. 26 yanvar 1994-cü ildən 2013-cü ilədək "Tribuna" ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktoru vəzifəsində işləmişdir. Marksizm — Leninizm Universitetinin fəaliyyətini bərpa etmiş və ona rəhbərlik edir. "Kommunist" onlayn qəzetini (https://azssr.blogspot.com/) yaratmış və onun baş redaktorudur

KİTABLARI ___________________________________________________________________________________________ Zamanın sınağında, Yanar zəka, Xoş günlər naminə, Marksizm-leninizm nəzəriyyəsinin əsas məsələləri. Elektron nəşr, 2026. https://drive.google.com/file/d/1yaofW_VkiWCJ2z8HtZYMP5CzytwcAyS-/view?usp=sharing Marksizm-leninizm müasir şəraitdə. Elektron nəşr,. 2026. https://drive.google.com/file/d/13JQUBfNySO3hwjNVUCy2VmkH8CPAouR_/view?usp=sharing Düşünən cəmiyyət üçün: Siyasi, sosial və mənəvi esselər. Elektron nəşr,. 2026. https://drive.google.com/file/d/1MncwFDTtEjDaUWDoichaH4dMRAEuY9so/view Dünya və insan: sosializm, kapitalizm və gələcək. Elektron nəşr, 2026. https://drive.google.com/file/d/1b1QFJhOiLCkpE8dXBcPWUZrJiCQj2Q0C/view Sol hərəkat: gücsüzlüyün xronikası. Elektron nəşr, 2026. https://drive.google.com/file/d/1CpNrZ-U3Si3SeEnGdo6CWzlfSmkqLIwm/view?usp=sharing Sosializm parlaq gələcəkdir. Elektron nəşr, 2026. https://drive.google.com/file/d/1ksxbMY6sb2Fx68VfFqvkgHRyJFFPfQxp/view Proletariat anlayışının müasir dəyişməsi. Elektron nəşr, 2026. https://drive.google.com/file/d/11gdPB5xGiAzXg3TYoSv9MpT3QfzE4dDu/view?usp=sharing Dəmir adam. Stalinin portret cizgiləri. Elektron nəşr, 2026. https://drive.google.com/file/d/1JXA_MsTTfLV_xayHmEDNBXkNclr-Bb41/view?usp=sharing Zaman dəyişir, ziddiyyətlər dərinləşir. Elektron nəşr, 2026. https://drive.google.com/file/d/10YDVWCni-Eg6IpYIUdqlhNe1anGLrJ0D/view?usp=sharing

Siyasi fəaliyyəti Sentyabr 1975-ci ildə Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqına üzv seçilmişdir. 1990-cı ilin may ayında Sovet İttifaqı Kommunist Partiyasının sıralarına daxil olmuşdur. 30 mart 2014-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi seçilmişdir. O, partiyanın Telman Nurullayevin rəhbərlik etdiyi qolunda fəaliyyət göstərir.

23 iyul 2023-cü ildə Azərbaycan Sosialist Hərəkatın İdarə Heyətinin sədri seçilmişdir.

Mükafatları Stalin ordeni (16 oktyabr 2017-ci il) “Şöhrət, şücaət və şərəf” medalı ( 7 noyabr 2022-ci il) “Bizim işimiz haqlıdır, qələbə bizim olacaq” medalı (30 yanvar 2025-ci il) “V.İ. Leninin anadan olmasının 155 ili” medalı (20.04.2025) “Sovet xalqının Böyük Vətən müharibəsindəki qələbəsinin 80 ili” medalı (20.04.2025) "Nəriman Nərimanov" ordeni (14.06.2025)

İstinadlar Sosializm uğrunda döyüşən millət əsgəri.

https://azssr.blogspot.com/2019/10/kommunist-ideyalarnn-zfr-yurusunun-onund.html

Ədalət Abdinovun siyasi portreti. Elektron nəşr, 2026.

https://drive.google.com/file/d/1dQrbtQgPz_SpajUnk7EJjA7I0yQyE6iU/view

Həmçinin bax Azərbaycan Kommunist Partiyası (1993)

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:SSRİ Jurnalistlər İttifaqının üzvləri