thumb|right|мини|Alimlərin təsəvvürünə görə ekzoplanet (qaz nəhəngi) thumb|мини|Nəzəri cəhətcə mövcud olan ekzoplanet — iki peykli planet-okean Ekzoplanet ( — kənarda) və ya günəşdənkənar planet — Günəş sistemindən kənarda ulduz ətrafında fırlanan planet. Bu ulduzlar Günəşdən uzaqda — 4,22 işıq ili məsafəsində yerləşir. Ona görə də onları kəşf etmək mümkün olmurdu. Məsələ 1980-ci illərdə həll edilməyə başlandı. Onlar elmi metodların təkmilləşməsi nəticəsində aşkar olundu.
2016-cı ilin fevralına 1321 planet sistemində 2073 ekzoplanetin mövcud olması təsdiqlənmişdir. Onlardan 507-də birdən çox planet vardır. Süd yolundakı ekzoplanetlərin ümumi sayı hazırda 100 milyard təşkil edir. Onlardan təxminən 5-dən 20 milyarda qədəri mümkündür ki, "Yerəoxşar" olsunlar. Məlum ekzoplanetlərin əksəriyyəti qaz nəhəngləridir və daha çox Yupiterə oxşayırlar. Aydındır ki, bu aşkaretmə metodlarının məhdud olması ilə izah olunur (qısa periodlu böyük kütləli planetləri aşkar etmək asandır).Kamal Hüseynov "Ekzoplanetlər"
Ekzoplanetlərin kəşf olunma tarixi Digər ulduzun ətrafında planet sistemin olmasını ilk dəfə Mədrəs rəsədxanasının astronomu kapitan Ceykop söyləmişdir (1855). O, qoşa sistem 70 İlandaşıyanda (Zmeyanosec) "planetar cismin" olmasının böyük ehtimalı olduğunu söyləmişdir.
1916-cı ildə Eduard Barnard digər ulduzlara nəzərən səmada yerini "sürətlə" dəyişən qırmızı ulduz aşkar etmişdir. Astronomlar onu Ucan Barnard ulduzu adlandırdı. Bu Yürə yaxın olan ulduzlardan biridir və kütləsi Günəşin kütləsindən 7 dəfə kiçikdir.
İlk dəfə olaraq Günəşdən kənar planet kanadalı B. Kempbell, Q. Olker və S. Yanq tərəfindən 1988-ci ildə narıncı subnəhəng Qamma Sefey A-da aşkar olmuşdur. Lakin bu öz təsdiqini 2002-ci ildə tapmışdır. 1989-cu ildə D. Latam tərəfindən HD 114762A ulduzu ətrafında ifrat böyük kütləli planet (və ya cəhrayı cırtdan) tapılmışdır. Lakin onun planet statusu 1999-cu ildə təsdiqini tapdı. PSR 1257+12 neytron ulduzunun ətrafında ilk ekzoplanetlər aşkar olundu. Onları 1991-ci ildə astronom A. Volşçan kəşf etdi.
Bu planetlər artıq ifrat yeninin partlayışından sonra yaranmış ikiknçi kimi qəbul edildi. 1995-ci ildə astronomlar Mişel Mayor və Dide Kelo ifratdəqiq spektrometrin köməyi ilə 51 Peqas ulduzunun 4,23 sutka periodla yellənməsini aşkar etdilər.Məsimova A. B. "Günəş sistemindən kənar planetlər"
Normal ulduzun (pulsarın deyil) ətrafında fırlanan ilk ifrat Yer 2005-ci ildə Qlize 876 ulduzunun ətrafında aşkar olunub. Onun kütləsi təxminən 7,5 yer kütləsi qədərdir.
2004-cü ildə cəhrayı cırtdan 2M1207-də ekzoplanetə namizədin infroqırmızı süalarda ilk şəkili alınmışdır. 16 noyabr 2008-ci ildə ilk dəfə olaraq Peqas bürcündə HR 8799 ulduzunun ətrafında fırlanan tam planet sisteminin – üç planetin şəklini almaq mümkün oldu.13 noyabr 2008-ci ildə həmçinin ilk dəfə olaraq, birbaşa müşahidələrin nəticəsində Fomalqaut ulduzunun ətrafında Fomalqaut b ulduzunu aşkar etmək mümkün olmuşdur.
5 dekabr 2011-ci ildə " Kepler " teleskopu ilə həyat zonzsında ilk ifrat Yer- Kepler-22b aşkar olunmuşdur.
20 dekabr 2011-ci ildə " Kepler " teleskopu ilə Kepler-20 ulduzu ətrafında Yer ölçüsündə və kiçik olan ilk ekzoplanetlər — Kepler-20e (radiusu: 0,87 Yer radiusu, kütləsi:0,39–1,67 Yer kütləsi qədər) və Kepler-20f (radiusu:1,03 Yer radiusu, kütləsi:0,045 Yupiter kütləsi) aşkar edilmişdir.
22 fevral 2012-ci ildə Harvad-Simtson astrofizika mərkəzinin alimləri Yerdən 40 işıq ili məsafədə sudan ibarət olan ilk ekzoplaneti-GJ1214 b-ni kəşf etdilər. Planetin –qırmızı cırtdan –ulduzunun ətrafında fırlanması 38 saat, ulduzdan məsafəsi isə təxminən 2 milyon km-dir. Planetin səthində temperatur təxminən 230 S –dir.
Ekzoplanetlərin öyrənilməsi layihələri və alətləri
Astronomik peyklər COROT (EKA) – ixtisaslaşdırılmış 30 sm-lik orbital kosmik teleskop. Bir çox ulduzun onun qarşısından planet keçən zaman parlaqlıq əyrilərini çəkir. 27 dekabr 2007 ildə kosmosa buraxılıb. Fərz edilirdi ki, onun köməyilə Yer tipli onlarla planet aşkar etmək olacaq. 2010-cu ilin mart ayına kimi COROT 7 ədəd ekzoplanet və 1 ədəd çəhrayı cırtdan aşkar etmişdir.
"Kepler" (NASA) – güzgüsünün diametri 0,95 m olan Şmidt sistemli kosmik teleskop. Eyni zamanda 100000 ulduzu izləyə bilir. 7 mart 2009-cu ildə buraxılıb. Ölçüləri Yerin ölçüləri ilə identik olan 50 planeti və Yerin ölçülərini 2,2 dəfə aşan ~ 600 planeti aşkar etmək planlaşdırılmışdır. "Kepler" Günəşin ətrafında 1 a.v. radiuslu orbitdə fırlanır. İstismar müddəti 3,5 il müəyyən edilmişdi. Sonradan onun misiyasının 2016-cı ilədək uzadıldıçı elan olundu, lakin may 2013 –də teleskop sıradan çıxdı. Bu vaxta qədər " Kepler " yəqinliklə 132 ekzoplanet kəşf etdi. Günəşdən kənar planetlərin etibarlı namizədlərinin siyahısı 2740 obyekt təşkil edir.
İşlənilən layihələr PEGASE – ilkin olaraq 2010–2012-ci ilərdə planlaşdırılıb. TESS – buraxılması 2017-ci ilə planlaşdırılıb. ECHO – layihənin nəzəri işlənilməsi gedir. 2022-ci ildə buraxılacaq. Advanced Technology Zarge – Aperture Space Telescope (ATLAST) – 2025-ci ildən sonra buraxılacaq. Kosmik missiyalardan başqa gələcəkdə Yer instrumentlərinin inkişaf etdirilməsi planlaşdırılır. Məsələn, quraşdırılan Avropa Fövqaladə böyük teleskopunda ekzoplanetlərin atmosferini öyrənən avadanlıqlar quraşdırılacaqdır.
Yer rəsədxanaları
Tranzit metodu ilə müşahidə aparanlar. Super WAPS — ən uğurlu yerdən görünüş. 70-dən artıq ekzoplanet 2012-ci ilə tranzit metodu ilə tapılmışdır. İki rəsədxanadan ibarətdir. Super WAPS- North Palma adasında (Kanar adaları) Roke de los Muçaços rəsədxanasında və Super WAPS- South – Cənubi astronomiya Rəsədxanasında yerləşirlər. Hər biri 8 enlibucaqlı, aperturası 111 mm olan avtomatik teleskopdan ibarətdir.
Şüa sürəti dopler metodu ilə müşahidə aparanlar. HARPS – yüksəkdəqiqlikli spektoqraf. 2002-ci ildə Çilidə olan Zasiliya Rəsədxanasındakı 3,6 m-lik teleskopda quraşdırılıb.(ESO-nun bir hissəsidir). Keka Rəsədxanası – dünyada 2 ən iri güzgü teleskoplu Rəsədxana. İlkin güzgülərin (hər bir teleskopda onlar cəmi 3 ədəddir) diametri 10 m-dir. Gaia – kosmik Rəsədxana. Əsas məqsədi bizim Qalaktikanın 3 ölçülü xəritəsini qurmaqdır. Bundan başqa 10000 yaxın ekzoplanet kəşf edə biləcəyi fərz edilir. 19 dekabr 2013-cü ildə orbitə çıxarılıb. Ekzoplanetlərin axtrarılmasinda aşağıdakı metodlar mövcuddur: Dopler metodu – ulduzun radial sürətinin spektrometrik ölçülməsi. Tranzit metodu planetin ulduzun fonunda keçməsiylə bağlıdır. Qravitasiyalı mikrolinzalama metodu. Müşahidə olunan obyekt (ulduz, qalaktika) və Yerdəki müşahidəçi arasında başqa ulduz olmalıdır (o, linza rolunu oynamalıdır). Astrometrik metod. Planetin qravitasiyası təsirinin altında ulduzun məxsusi hərəkətinin dəyişməsinə əsaslanıb. Pulsarların radiomüşahidəsi. Əgər pulsarın ətrafında planetlər fırlanırsa onda süalanan siqnal oscilliruyuşiy (toxunan) xassəyə malik olur. Düzünə (birbaşa) müşahidə. Ekzoplanetlərin, onları ulduzun işığından təcrid etmək vastəsilə birbaşa şəkillərin alınma metodu mövcuddur.
Nomenklatura Kəşf olunan ekzoplanetlərə hal-hazırda planetin ətrafında fırlandığı ulduzun adından ibarət olan və latın əlifbasının "b" hərifindən başlayaraq əlavə sətir hərfli adlar verilir (məs.51 Peqas b). Sonrakı planetə "c" sonra "d" və beləcə əlifba üzrə hərflər verilir. Bu zaman "a" hərfli adlandırmada istifadə edilmir, belə ki, belə adlandırma məxsusi olaraq ulduzun özünü nəzərdə tutmuş olardı. Bundan başqa, buna diqqqət yetirmək lazımdır ki, planetlərə adlar fırlandıqları ulduzdan uzaqlaşma ölçüsünə görə deyil onların kəşf olunma ardıcıllığı ilə verilir. Yəni "c" planeti, "b" planetindən ulduza yaxın ola bilər. Sadəcə olaraq o gec kəşf olunmuşdur (məs: Qlize 876 sistemində olduğu kimi). Ekzoplanetlərin adlarında istisnalar olmuşdur. İş ondadır ki, 1995-ci ildə 51 Pegas sisteminin kəşfinə kimi ekzoplanetləri başqa cür adlandırırdılar. PSR 1257+12 pulsarında aşkar olunan ekzoplanetlər böyük (baş) hərflərə PSR 1257+12B və PSR 1257+12C adlandırılmışdır. Bundan başqa ulduza daha yaxın olan yeni planetin aşkar edilməsindən sonra o, D ilə deyil PSR 1257+12 A adlandırıldı. Sonradan bu planetlər qarışdırmadan (səhv salmadan) qaçmaq üçün ekzoplanetlərin müasir adlandırma sisteminə adları dəyişdirildi. Bəzi ekzoplanetlərin əlavə qeyri formal "ləqəb"i olur.(məs: 51 Pegas b qeyri formal olaraq ""Bellerofont" adlandırılır). Lakin bu ənənə geniş yayılmayıbdır.
Ekzoplanetlərin xassələri Axtarış proqramına daxil edilmiş ulduzların təxminən 10 %-də planetlər aşkar olunmuşdur. Müşahidə texnikasının təkmilləşdirilməsi və məlumatların toplanma ölçüsü üzrə onların sayı artır.
2012-ci ilə kütləsi Neptun kütləsi qədər və ondan kiçik olan planetlər çoxluğu aşkar edilmişdir Kepler teleskopu ilə 2326 namizəddən aşkar olunmuş 207 planet təxminən Yer ölçüsündədir, 680-ı super Yer ölçüsündədir,1181-i Neptun ölçüsündədir,203-ü Yupiterin ölçüsü ilə müqayisə edilir, 55-i isə Yupiterdən böyükdür.
Planet-nəhənglərin sayının ulduzda olan ağır elementlərin (metalların) miqdarından asıllığı müşahidə olunur.
Qravitasiya mikrolinzalama metodu ilə edilən son kəşflər qaz nəhənglər əvəzinə Uran və Neptun tipli orta kütləli planet sistemlərinin geniş yayılmasını söyləyir.
Avropalı astronomlar, Lazur sahilli Rəsədxanadan olan Tristan Qiyonun rəhbərliyi altında, planetlərin sıxlığını, onların ulduzlarındakı metalla müqayisə edən zaman müəyyən korrelyasiya olduğunu təyin etmişlər.
Bizim Günəş kimi metalla zəngin olan ulduzların ətrafında əmələ gələn planetlər kiçik nüvəyə malik olur, ulduzları 2–3 dəfə çox metalla zəngin olan planetlər isə daha böyük nüvəyə malik olurlar.
Böyük eksentrisitetlə olan orbitlərdə hərəkət edən ekzoplanetlərdən (hansıların ki, tərkibinə bir neçə qat maddə-qabığın təbəqəsi, mantiya və nüvə maddəsi daxildir) qabarma qüvvələri istilik enerjisini azad edə bilər.
Yer şəraitinə ən yaxın olan ekzoplanet 2009-cu ildə kəşf edilmiş Qlize 581 c ekzoplanetidir. İlkin qiymətləndirməyə görə onun temperaturu 0÷40 s diapazonunda dəyişir həmçinin nəzəri olaraq bu planetdə maye su ehtiyatının olması mümkündür (yəni canlı həyatın mövcudluğu).
Ekzoplanet sistemləri 51 Peqasa- baş ardıcıllığın ilk günəşəbənzər ulduzu, hansının ki, ətrafında ekzoplanet aşkar edilmişdir. Θ Andromeda – baş ardıcıllığın ilk ulduzu hansının ki, ətrafında çoxplanetli sistem aşkar edilmişdir. Tay Kita — ən yaxın aşkar olunmuş çoxplanetli sistem (5 planet kəşfi hələ təsdiq olunmayıb). Ԑ Eridana- Günəşi hesab etməsək, bu teleskopsuz görünən planetlə olan yaxın ulduzlardan 3-cüsüdür. 55Rako – indiki ana onun 5 planeti məlumdur, onlardan biri 55 Rake, ölçüsü 2 Yer ölçüsündə, tranzit isti (qaynar) super yerdir. µ Jertvennika – məlum olan ən kiçik kütləli ekzoplanetə malikdir. Yer qrupu planetlərinə aid olduğu mümkündür. Ɣ Sefeya – birinci nisbətdən sıx qoşa ulduz. Komponentlərindən birində (ɣ Sefeye A) planet kəşf edilib. Gliese 876 — ətrafında planet sistemi aşkar olunan birinci qırmızı cırtdan. HD 209458 — ən nəzərəçarpan ekzoplanetlərdən birinə məxsusdur. – HD 209458 b ("Osiris") – buxarlanan planetdir. OGLE – 235/MoA-53 – qravitasiyalı mikrolinzalama effekti metodu ilə aşkar edilən birinci ulduzdur. 2 M 1207 – ekstragünəş planet sisteminin şəklinin ilk alınması ehtimal edilir. PSR 1257+12 – pulsar, onun planet sistemi Günəş sisteminin hüdudlarından kənarda ilk dəfə aşkar edilmişdir. Planetlərdən birinin kütləsi ≈0,025 M yer HD 189733 – ekzoplanetlərin öyrənilməsi tarixində ilk dəfə olaraq HD 189733 b planetinin səthi üçün temperatur xəritəsi tərtib olunmuşdur. Qlize 581c, Qlize 581d, HD 85512 b və Kepler-22b – məlum ekzoplanetlərdən bunlar kifayet qədər Yerlə oxşardılar. KOİ-961d – kütləsi, hal-hazırda 2012-ci ilin oktyabr məlum olan ekzoplanetlərdən ən kiçiyidir (< 0,9xM yer). WASP-17b – ulduzun özünün fırlanmasının əksi istiqamətində ulduzun ətrafında fırlanan ilk aşkar olunmuş planetdir. CoRoT-7b– ilk super Yerdir (2009 fevral), tranzit metodu ilə aşkar olunub və ölçüsü 1,58 Yer ölçüsündədir. GJ 12146 – ilk planet okeandır (nəzəri cəhətdən).