Ümumi yayılması Buş andraxnası Qafqaz ərazisində yayılmışdır.
Azərbaycanda yayılması Naxçıvan Muxtar Respublikasının (Culfa) dağlarında rast gəlinir.
Statusu Buş andraxnası Azərbaycanın nadir bitki növüdür. VU D2.
Bitdiyi yer Buş andraxnası əsasən quru, daşlı-qayalı yamaclarda təbii halda bitir.
Təbii ehtiyatı Buş andraxnası Azərbaycanda çox deyildir.
Bioloji xüsusiyyətləri Oduncaqlaşmış gövdələrinin diametri 5 sm-ə dək çatan yarımkoldur. Gövdələri möhkəm, budaqlı, göyümtül, hündürlüyü 15-45 sm-dir. Yalançı zoğları ağ örtüklü, üçkünc-yumurtavarı, ucu biz, kənarları qeyri-bərabər dişlidir. Yarpaqları qısa saplaqlarda, qalıntəhər, göyümtül, çılpaq, enli-ellipsvarı və ya enli-yumurtavarı, uzunluğu 7 mm-ədək və eni 5 mm-dəkdir. Çiçəkləri yarpaqların qoltuqlarında tək və ya cüt, nazik çiçək saplaqlarında yerləşir. Erkəkcik çiçəklərinin kasayarpaqları nazik, yaşlımtıl-qonur, enli, ağ haşiyəli, oval, kütdür. Ləçəkləri ağ, pazşəkilli, enli, yumru uclu olub, diskin vəzicikləri qısa, iki qanadlı, kəsikdir. Erkəkcik sapları ortasınadək bitişikdir. Dişicik çiçəklərin kasayarpaqları qalıntəhər, yaşıl, ensiz haşiyəli, ellipsvarı olub, bizdir. Ləçəkləri çox xırdadır. Meyvəsi təxminən 3 mm, yumurtavari-sapşəkilli, hamar damarcıqlıdır. Toxumları üç hissəli, ensiz, uzunluğu 2,5 mm-dir. Apreldə çiçəkləyir və oktyabrda meyvə verir.
Təbii ehtiyatınnın dəyişilməsi səbəbləri Buş andraxnasının təbii ehtiyatının dəyişilməsinin başlıca səbəbi insan fəaliyyətidir.
Çoxalması Buş andraxnası əsasən toxumla çoxalır.
Becərilməsi Məlumat yoxdur.
Qəbul edilmiş qoruma tədbirləri Buş andraxnasının qəbul edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qoruma tədbirləri Buş andraxnasının Azərbaycanın Qırmızı Kitabına daxil edilməsi tövsiyə olunur.
Ədəbiyyat Деревья и кустарники СССР. Т.4. 1958.; Флора Азербайджана. т.6.1955; Azəraycanın ağac və kolları. III cild. 1970; Azərbaycan florasının konspekti. I-III cildlər.2005;2006;2008; Naxçıvan MR florasının taksonomik spektrı.2008; Naxçıvan MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması.2011.
Məlumat mənbəsi Tofiq Məmmədov. Azərbaycan dendroflorası. II cild. Bakı: Səda, 2015. Kateqoriya:Kollar Kateqoriya:Azərbaycan florası