thumb|300px|Cəbrayıl qəzası 1 Yanvar 1903-ci illər xəritəsi. Xanlıq
Xanlıq — Azərbaycan Respublikasının Qubadlı rayonunun Xanlıq kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Xanlıq kəndi əvvəllər kəndin ərazisində yerləşən Qarabağ xanı Pənahəli xan Sarıcalı-Cavanşirın oğlu Mehrəli bəy Sarıcalı-Cavanşirin malikanəsinin adı olmuşdur. Sonralar mülkün ətrafında salınan kənddə mülkün adı ilə adlandırılmışdır. Oykonim "xana məxsus mülk (malikanə)" mənasındadır.Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. I cild, səh. 238. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kəndin adı ermənilər tərəfindən dəyişdirilərək İşkanadzor adı verilib. Kənddə Azərbaycandan köç etmiş ermənilər məskunlaşıb, 2003-cü ildə burada 211 nəfər əhali yaşayırdı. “Azərkosmos” Xanlıq kəndində ermənilər tərəfindən yeni salınmış qəsəbənin “Azersky” peyki vasitəsilə 2019-cu ildə əldə olunmuş təsvirini yayımlayıb.
2020-ci ilin 25 oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası Xanlıq kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidədir. Xanlıq əvvəllər kəndin ərazisində yerləşən Qarabağ xanı Pənahəli xanın oğlu Mehrəli bəyin malikanəsinin adı olmuşdur. Sonralar mülkün ətrafında salınan kənd də mülkün adı ilə adlanmışdır. Oykonim "xana məxsus mülk" mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Mədəniyyəti Xanlıq kəndi Azərbaycanın məşhur xalçaçılıq məntəqələrindən biridir. Burada istehsal edilən xalçalar hər zaman məşhur olmuş və öz yüksək keyfiyyəti ilə seçilmişdir. Burada toxunan Xanlıq xalçası dünya bazarlarına və yarmarkalarına çıxarılan xalçaların ən yaxşıları hesab edilirdi.
Təhsil thumb|Mehriban Əliyeva Ramanadakı Xanlıq məktəbində
Coğrafiyası və iqlimi Azərbaycanın cənubunda, Qubadlı rayonundan 18 km cənub-şərqdə yerləşən Xanlıq kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidə yerləşir.
Şəkillər
Həmçinin bax Xanlıq xalçası Qubadlı rayonu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti
Kateqoriya:Qubadlı rayonunun kəndləri