Firuz bəy Mehdi oğlu Ordubadski () — həkim.
Həyatı Firuz bəy Mehdi oğlu 1888-ci ildə Ordubad şəhərində anadan olmuşdu. 1914-cü ildə tibb fakültəsini bitirmişdi. Universiteti tamamladıqdan sonra Bakı-Culfa dəmir yol xəttində sanitar həkim və Bakı səhiyyə idarəsində çalışmışdı. Azərbaycan MİK-nin üzvü olmuşdu.
1916-cı ildə Sarıqamış və Ərdahan zərərçəkənlərinə yardım edib (Müsəlman xeyriyyə cəmiyyəti onu və İdris Axundovu göndərib). 1916-cı ildən Ufada yaşayıblar, 1917-ci ildə Ordubada gəliblər. Bakıya 1919-cu ildə gəliblər. 1920-ci ildən Ərzaq Nazirliyində, sonra Dövlət plan komitəsində (1929–30-da: sədr) işləyib. D. Bünyadzadədən sonra İqtisadi Şuranın sədri olub.
Firuz bəy Ordubadski 1937-ci ildə repressiyaya uğramışdı.
Firuz bəy Ordubadski 1913-cü ildə Gülsüm xanımla ailə qurmuşdu.
Mənbə Ənvər Çingizoğlu, Ordubadskilər, Bakı, "Soy" dərgisi, 2010.
İstinadlar
Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Azərbaycanlı həkimlər Kateqoriya:Kiyevdə təhsil almış azərbaycanlılar Kateqoriya:Repressiya qurbanları