İbn Kurra (, d.836 — ö.18 fevral, 901, Bağdad) — ərəb riyaziyyatçısı, astronomu və həkimi"Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.607.

Həyatı

Fəaliyyəti Riyaziyyat, astronomiya, astrologiya, tibb və tərcümə ilə maraqlanan Sabit ibn Kurranın 79 əsərinin olduğu məlumdur. Bunlardan 21-i tibb, 2-si musiqi, digər 25 əsəri isə riyaziyyat və fəlsəfə ilə bağlıdır.Mir Namik Bəşirov. Elm Fədailəri: Orta əsr Şərq astronomları və filosofları. Bakı: Savad, 2020 Evklidin "Başlanğıclar", Arximedin "Kürə və silindr haqqında", Apolloninin "Konik kəsiklər" əsərlərini ərəb dilinə tərcümə etmişdir. Özünün "Parabolik kəsik adlanan konik kəsiyin ölçülməsi haqqında kitab" əsərində inteqral cəmlərin köməyi ilə parabolik seqmentin kvadraturası haqqında məsələnin həllini vermişdir. O, sinuslar teoremini kəşf etmiş və bunu astronomiyaya tətbiq etmişdir. Bundan başqa Pifaqor teoreminin ümumi isbatını vermişdir.

İstinadlar

Ədəbiyyat История математики. Указ. соч., стр. 207.

Xarici keçidlər Cправочнику русской орфографии В.В.Лопатина.

Kateqoriya:Ərəb riyaziyyatçılar Kateqoriya:Ərəb astronomlar Kateqoriya:Ərəb həkimlər Kateqoriya:Bağdadda vəfat edənlər Kateqoriya:IX əsr riyaziyyatçıları Kateqoriya:Ərəb tarixçilər