İvan Zaytsev () (d. 2 oktyabr 1988 - Spoleto, İtaliya) — Rus əsilli İtaliyalı voleybolçu. O «Lube Banka Marke Macerata» komandasında və İtaliyanın kişilərdən ibarət Milli Yığmasında çıxış edir. Karyerası İvan İtaliyanın Spoleto şəhərində, sovet idmançıları - voleybol üzrə çempion Vyaçeslav Zaytsevin və üzgüçü İrina Pozdnyakovanın ailəsində anadan olmuşdu. Məhz bu şəhərdə onun atası çıxış edərkən öz gələcək həyat yoldaşı ilə tanış olmuşdur.
Öz peşəkar karyerasını İvan Zaytsev 2004-cü ildə, «Perugia» komandasında əlaqələndirici olaraq başlamışdı. 2006-cı ildə o İtaliyanın Roma komandasına keçmişdi (hər iki klubda o öz oyun vaxtını ikiqat Dünya Çempionu Paolo Tofoli ilə paylaşırdı). 2008-ci ildə o Corco Domengini ilə birlikdə Avropa və Dünya "biç-turlarında" çıxış edərək, İtaliyanın çimərlik voleybolu üzrə çempionu oldu. Buna baxmayaraq, 2008/09 oyun mövsümündə o klassik voleybola öz ampluasını dəyişir və 2008-ci ildə İtaliyanın Milli Yığmasında ilk dəfə çıxış etmişdi. 2012-ci ildə 27 iyul - 12 avqust tarixləri arasında Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən Yay Olimpiya Oyunlarında İvan bürünc medal qazanmışı.
Oynadığı klublar
Tarix Ölkə Klub 2004-2006 Perugia Volley 2006-2007 M. Roma Volley 2007-2008 Top Latina 2008-2012 M. Roma Volley 2012- Lube Macerata Mükafatları Klub 20px Kişilərdən ibrət İtaliya Superkuboku: 1
2012
20px A2 serialı İtaliya kuboku: 1 2009-10
Milli (kiçik yarışlar) 20px 2009-cu ilin Kişilərdən ibarət XVI Aralıq dənizi oyunları 20px Memorial Hubert Vaqner (2011)
Fərdi mükafatlar 2012 - Kişilərdən ibarət İtaliya superkuboku: Ən Qiymətli Oyunçu 2013 - Dünya Liqası: Ən yaxşı smaçör 2013 - Avropa Çempionatı (2013): Oyunda ən yaxşı servis İstinadlar
Xarici keçidlər
Highlights Profil bei der FIVB (ingiliscə) Profil bei legavolley.it (italyanca)
Kateqoriya:İtaliya voleybolçuları Kateqoriya:2012 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:2016 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:Olimpiya gümüş medalına sahib İtaliya idmançıları Kateqoriya:Olimpiya bürünc medalına sahib İtaliya idmançıları Kateqoriya:2009 Aralıq dənizi Oyunları yarışçıları Kateqoriya:İtaliya şəxsləri