Georq Morris Kohen Brandes (; ) — Danimarka ədəbiyyatşünası, publisisti, naturalizm nəzəriyyəçisi.

Həyatı Byörnstyerne Byörnson üslubi cəhətdən xalq ədəbiyyatı ilə səsləşən "Syunneve Sulbakken" (1857), "Arne" (1859), "Şən oğlan" (1860) povestlərində kənd həyatı idealizə edilirdi. Məşhur tənqidçi Georq Brandes 1886-cı ildə "Şən oğlan" povestini "norveçlilərin ağlını kədərli melanxoliya bataqlığından xilas etmək istəyən sağlamlaşdırıcı mehə" bənzətmişdi.

1888-ci ildə Georq Brandes Kopenhagen universitetində Fridrix Nitsşe fəlsəfəsindən dərs deməyə başlayır. Bir az geciksə belə. Nitsşe böyük bir filosof idi və özü də bunun fərqində idi. Dünyanın isə bunu bilməməsi imkansızdı.

Selma Lagerlöf 1891-ci ildə ona bütün dünyada şöhrət qazandıracaq "Gosta Berlings saga" əsərini yazır. Roman, Avqust Strinberq, Henrix İbsenin və Skandinaviyanın o dövrdə yaşamış digər yazıcılarına xas olan realizmdən uzaq, romantik janrda yazılmışdı. Əsərdə "bayronsayaq" qəhrəmanların sərgüzəştlərindən, o cümlədən dönük keşişdən bəhs edilir. Roman əvvəlcə yaxşı qarşılanmasa da, danimarkalı tənqidçi Georq Brandes əsərdə romantik dəyərlərin dirçəlişi ilə bağlı fikirlərini söyləyəndən sonra, əsər misilsiz şöhrət qazandı.

İstinadlar

Xarici keçidlər

Переписка Фридриха Ницше с Георгом Брандесом Георг Брандес. Шекспир. Жизнь и произведения Георг Брандес о Дмитрии Мережковском

Kateqoriya:Danimarka tənqidçiləri Kateqoriya:Danimarka ədəbiyyatşünasları Kateqoriya:Kopenhagendə doğulanlar Kateqoriya:Kopenhagen Universitetinin məzunları Kateqoriya:Yəhudi ateistlər Kateqoriya:XIX əsr filosofları Kateqoriya:Bioqrafiya (janr) Kateqoriya:Modernizm Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri