Mikasa () — Yaponiyanın Hokkaydo adasında və eyniadlı prefekturanın Soraçi sabprefekturasında yerləşən şəhər.
Tarixi Mikasanın tarixi 1868-ci ildə böyük kömür ehtiyatlarının tapılması və bununla birlikdə ərazidə infrastrukturun inkişaf etməyə başlaması ilə əlaqəlidir. 1879-cu ildə Horonai Kömür Mədəni istismara verildi və 1882-ci ildə Mikasanın sələfi sayılan İçikişiri-mura kəndi yaradıldı.The City of Mikasa: a great place where you can enjoy!! İstifadə tarixi: 24 iyun 2026.
Kömürün şəhərin qurulmasında oynadığı rola görə Mikasada Mikasa Dəmiryolu Memorial Muzeyi yaradıldı.
Turizm Mikasada hər il may ayında Ume, yəni Yapon gavalı çiçəkləmə festivalı keçirilir.
Mikasada Mikasa Şəhər Muzeyi fəaliyyət göstərir.Mikasa City Museum. İstifadə tarixi: 24 may 2026.
Mikasada buz balıqçılığı, xizəksürmə, qayıqçılıq, düşərgə məşğuliyyətləri kimi müxtəlif turizm fəaliyyətləri ilə məşğul olmaq olar.Mikasa City: A Hidden Gem of Hokkaido’s History & Adventure. İstifadə tarixi: 24 iyun 2026.
İstehsal Mikasada yüksək keyfiyyətli qarpız, yemiş, şərab istehsal olunur.
İstinadlar Kateqoriya:Hokkaydo şəhərləri