Onomastika — xüsusi adların, o cümlədən onların etimologiyasının, tarixinin və istifadəsinin öyrənilməsi.
Aletonim və ya ortonim onomastik tədqiqatın mövzusu olan obyektin həqiqi xüsusi adıdır. Onomastikanı tədqiq edən alimlər onomastoloqlar adlanır.
Onomastikanın data mədənçiliyində müxtəlif tətbiqləri var. Bunlara adlandırılmış varlıqların tanınması və ya adların mənşəyinin müəyyənləşdirilməsi kimi tətbiqlər daxildir. Onomastika tarixi tədqiqatlarda da geniş istifadə olunan bir yanaşmadır. Burada ondan əhali daxilində etnik azlıqları müəyyənləşdirmək və prosopoqrafik tədqiqatlar aparmaq məqsədilə istifadə edilə bilər.
Etimologiyası Onomastika qədim yunan dilindəki "onomastikós" (, "adlandırmaya aid olan") sözündən yaranmışdır.ὀνομαστικός , Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus project Bu söz isə öz növbəsində "ónoma" (, "ad") sözündən törəmişdir.ὄνομα , Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus project
İstinadlar
Kateqoriya:Onomastika Kateqoriya:Adlar Kateqoriya:Leksikoqrafiya