Neriman Özsoy – Türkiyə Qadın Milli Voleybol Komandasının hücumçusu. Əslən bolqar olan oyunçu 2007-ci ildə milləşdirilmişdir.

Karyerası Neriman Özsoy karyerasına Əczacıbaşında başlamaşdır. A komandaya keçdikdən sonra Rusiyada oynamaq istəyən voleybolçu Uraloçkaya transfer olunmuş, komandasının icazəsi olmadığından daha sonra geri dönmüşdür. Karşıyakayla müqavilə imzaladıqdan sonra bir il bu komandada oynamış, növbəti mövsüm isə Eczacıbaşıya qayıtmışdır. Nerimanın doğma komandasına gəlişi daha uğurlu alınıb. Belə ki, voleybolçu bu səfər Eczacıda 2 dəfə Türkiyə Qadınlararası Voleybol Çempionatının qızıl medallarına yiyələnmişdir. Həmçinin 1 dəfə də Türkiyə kubokunun sahibi olmuşdur.

Eczacıbaşında üç il oynadıqdan sonra İtaliya klubu "Sirio Perugia"ya transfer olunmuşdur. Ancaq bu klubda bir oyun belə oynamadan Polşa komandası Atoma icarəyə verilmişdir. 2011-ci ildə Polşa voleybol çempionatında final oynamışdır.

Yarımil rus klubu Krasnodarın formasını tərlədən Neriman 2012-13 sezonunu Qalatasaray Daikində keçirmişdir. Burada Çempionlar Liqasının "dördlər final"ında oynayan voleyboçu Türkiyə çempionatında da üçüncülük yaşamışdır.

2012-ci ildə Türkiyə milli voleybol komandasıyla "Dünya Qranprisi"ndə bürünc qazanan Özsoy London Yay Olimpiya Oyunlarına iştirak etmişdir. Burada doqquzunculuq əldə edən Türkiyə milli komandasının əsas silahlarından biri də Neriman idi.

Uğurları Milli komanda ilə 2012 Dünya Qranpirisi - Bürünc medal

Klublar ilə 2005–06 Türkiyə Voleybol Çempionatı - 16px "Əczacıbaşı" ilə 2007–08 Türkiyə Voleybol Çempionatı - 16px "Əczacıbaşı" ilə 2008–09 Türkiyə Voleybol Kuboku - 16px "Əczacıbaşı" ilə

İstinadlar

Kateqoriya:Türkiyənin qadın voleybolçuları Kateqoriya:Əczacıbaşı QVK voleybolçuları Kateqoriya:Dinamo Krasnodar QVK voleybolçuları Kateqoriya:Qalatasaray QVK voleybolçuları Kateqoriya:Yaponiyada legioner idmançılar Kateqoriya:2015 Avropa Oyunlarında voleybolçular