Ley Zanq – çinli qadın voleybolçu. 2013-cü ildən "İqtisadçı"nın şərəfini qoruyur.Zhang Lei signed with Igtisadchi
Karyerası Zanq voleybol həyatına məktəb yaşlarında başlamışdır. 2001-ci ildən "Şanxay" voleybol klubunun A komandasında oynamışdır. Karyerasını uzun müddət doğma vətənində davam etdirən voleybolçunun legioner həyatı 2013-cü ildən başlanır. Belə ki, o, 2013–2014 mövsümündə Bakının "İqtisadçı" klubuna transfer olunur.
2010-cu ildə isə o, ilk dəfə milliyə dəvət olunur. Voleybolçu milli komandada ilk matçını İsveçrə millisinə qarşı oynayır.International debut
O, milli komanda ilə birlikdə 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında da iştirak edir. Həmin il Zanq komandası ilə birlikdə Asiya kubokunun da sahibi olmuşdur.
2013–2014 mövsümünü "İqtisadçı"da keçirən voleybolçu Superliqada oynayan ilk çinli olur.
İstinadlar
Xarici keçidlər "FİVB" Rəsmi saytında Ley Zanq Scoresway.com saytında Ley Zanq
Kateqoriya:Çin voleybolçuları Kateqoriya:İqtisadçı VK voleybolçuları Kateqoriya:Şanxayda doğulanlar Kateqoriya:2010 Asiya Oyunları medalçıları